Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

İŞİD xanım jurnalisti edam etdi

İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı jurnalist Ruqia Hassanı edam edib.

 

Xeberinfo.com:   Bu barədə "Reuters" xəbər verir. 

Məlumatda qeyd olunur ki, Ruqia Hassan bu ilin oktyabr ayından bəri terrorçular tərəfindən edam olunan 5-ci jurnalistdir. 

Hassan “Raqa Is Being Slaughtered Silently” hüquq təşkilatı ilə əməkdaşlıq edib. O, bəzən Nissan ibrahim ləqəbi ilə də yazılar yazıb. Jurnalist sosial şəbəkələrdəki profilləri vasitəsilə İŞİD tərəfindən işğal olunan Rakkada gündəlik həyatı əks etdirən yazılar paylaşıb. 

Hassanın ötən il iyul-dekabr aylarında itkin düşdüyü bildirilirdi. 

Xatırladaq ki, 2014-cü ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Elə həmin il iyunun ayının sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam