Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Dollar sürətlə bahalaşacaq

 

Dünya valyuta bazarında ABŞ dollarının mövqelərinin güclənməsi və cari məzənnəsinin ən gec fevralın 15-dək avronu üstələməsi proqnozlaşdırılır.

Xeberinfo.com:   Dekabrda ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmağa başlamasından sonra USD/EUR məzənnəsi əks hərəkət həyata keçirib və 1,06-dan 1,10 səviyyəsinə qədər sərt bir şəkildə artıb.
FES-in növbəti iclası fevralın 1-də olacaq və bu iclasda uçot dərəcəsinin artırılması gözlənilmir. Lakin Martın 15-də keçiriləcək növbəti iclasda uçot dərəcəsinin 0,25-0,50 faiz bəndi artırılmasını proqnozlaşdırılır. FES rəhbərliyindən gələn açıqlamalarda uçot dərəcəsinin artırılması üçün qlobal bazarda sabitliyin olması şərtinin irəli sürüldüyü diqqətə çarpır. Bu da, martın əvvəlindən dünya bazarında istər fond birjaları, istər əmtəə qiymətləri, istərsə də valyuta cütlüklərinin pozitiv əhval-ruhiyyədə olması zərurəti yaradır. “Lakin dolların möhkəmlənməsi də qaçılmazdır. Deməli, dollarınn möhkəmlənməsi daha erkən, yəni artıq bu gündən baş tutacaq və bununla paralel dünya fond birjaları və əmtəə qiymətləri də kəskin azalacaq”, – deyə analitiklər qeyd edir.
Dollar/avro məzənnəsinin artıq fevralın ortasına qədər 0,95-0,98 USD/EUR diapazonuna enəcəyini proqnozlaşdırılır: “Daha sonra, aprel ayının əvvəlinə qədər məzənnə yenidən paritetin üstünə çıxacaq. Dolların möhkəmlənməsinə Avropa Mərkəzi Bankının (ECB) monetar ekspansiya qərarında tərəddüd etməsi də dəstək verir”.
“Azərbaycanda isə dolların rəsmi məzənnəsinin fevralın 15-dək 1,60 AZN/USD-yə qədər yüksələcəyi, mütəşəkkil valyuta bazarında isə 1,70-1,75 AZN/USD aralığında olacağı ehtimal edilir”, – deyə Agentliyin ekspertləri bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam