Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Dövriyyəsi qadağan edilən dərmanlar haqda rəsmi açıqlama

“Dərmanların dövriyyəsinə qoyulan qadağa dərmanların özlərinə şamil edilmir, konkret seriyadan söhbət gedir”.

Xeberinfo.com:  Məlumata görə, bunu Səhiyyə Nazirliyinin Derman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov açıqlamasında deyib.

P.Əzizbəyovun sözlərinə görə, bəzi kütləvi informasiya vasitələrində Səhiyyə Nazirliyi tərəfindən 844 seriya nömrəli dərman vasitələrinin dövriyyəsinə qadağa qoyulması ilə bağlıı yayılan informasiyalar doğurdan da ajotaj yaradıb: ” Bununla bağlı bildirmək istəyirdik ki, bu qadağa siyahıda olan dərman vasitələrinə deyil, konkret seriyalara aiddir. Yəni konkret seriyalara qadağa qoyulub, dərman vasitələrinin özlərinə qadağa qoyulmayıb”.

Nazirlik rəsmisi əlavə edib ki, həmin dərman vasitələrinin özləri satışda var və digər seriyalarını əhali rahat şəkildə alıb istifadə edə bilərlər: “Söhbət siyahıda göstərilən konkret seriyadan gedir”.

P,Əzizbəyov 844 seriya nömrəli dərmanların niyə dövriyyədən çıxarılmasına da aydınlıq gətirib:"Dərman vasitələri ölkəyə idxal olunan zaman Səhiyyə Nazirliyi və Dövlət Gömrük Xidmətinin əməkdaşlarının birgə iştirakı ilə bütün dərman vasitələrinin seriyalarından nümunələr götürülür və yoxlanılır. Və yoxlamaların nəticəsinə uyğun olaraq həmin dərman vasitələrinin ölkəyə idxalına icazə verilir. Bəzən yoxlamalar zamanı dərman vasitələrinin hər hansı bir seriyasının nazirlik tərəfindən yoxlanılmadan satışının aparıldığı aşkarlanır və satışdan çıxarılır, nəticə olaraq isə dövriyyəsinə qadağa qoyulur. Amma bu, həmin dərman vasitəsinin satışına qadağa qoymaq demək deyil. Elə olur ki, bir adda dərman vasitəsi 5-10 seriya ilə ölkəyə idxal olunur. Yəni bu o demək deyil ki, həmin dərman vasitəsinə qadağa qoyulub.

Qadağa həmin dərman seriyalarının Səhiyyə Nazirliyinin laboratoriya yoxlamasından keçmədən və nazirliyin icazəsi olmadan satışı ilə bağlı olub".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam