Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Yaşıllaşdırma Təsərrüfatının fəaliyyətində ciddi nöqsanlar

 

Hesablama Palatasının növbəti Kollegiya iclasında dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə (Birlik) ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri müzakirə edilib.

Xeberinfo.com:   Məlumata görə, fəaliyyət istiqaməti üzrə məsul auditor N. Həsənov bildirib ki, Nizamnamə tələblərinə riayət edilməyərək nəzarət subyektinin strukturu Bakı şəhəri İcra Hakimiyyətinin rəhbəri tərəfindən deyil, Birliyin rəhbərliyi tərəfindən təsdiq edilib, büdcə proqnozları tərtib edilərkən hesablamalar faktiki mövcud olan yaşıllıq ərazilərinə görə deyil, 1976-cı ildə aparılmış inventarizasiya nəticəsində müəyyən edilmiş ərazilərə uyğun həyata keçirilib, qüvvədə olan normalara əməl olunmayaraq yaşıllıqlara xidmət xərclərinin tərkibində təsərrüfat fəaliyyətinə aid xərclər büdcə vəsaiti hesabına proqnozlaşdırılıb.

Bir hektar yaşıllıq sahəsinə qulluq üzrə düşən faktiki xərclər qüvvədə olan normalarla müqayisədə yüksək olub, balansda olan faktiki yaşıllıq sahəsinin ərazisi dəqiqləşdirilməyib, fiziki və hüquqi şəxslərin istifadəsində qalan sahələr balansdan azaldılmamış, habelə həmin sahədə çoxillik əkmələrin, ərazilərin inventarizasiyanın aparılmaması səbəbindən Birliyin balansında olan yaşıllıq sahələri ilə faktiki yaşıllıq sahələri arasında uyğunsuzluq mövcud olub. Birliyin işçilərinin əmək haqlarının mövcud qanunvericiliyə uyğun müəyyənləşdirilməməsi, işçilərin ixtisas dərəcələrinin düzgün təyin edilməməsi hallarına yol verildiyi də üzə çıxıb. Auditor yaşıllıq xərclərinin maliyyələşdirilməsi zamanı smeta xərclərinin həddinə riayət olunmadığını, bəzi xərclər üzrə yaranmış qənaətin faktiki tələbat dəqiqləşdirilmədən təyinatının dəyişdirilərək digər xərclərə yönəldildiyini diqqətə çatdırıb.

Nəqliyyat xərclərinin tərkibində yanacaqla bağlı xərclərin hesablanılması zamanı yanacağın pərakəndə satış qiyməti ilə (ƏDV ilə) nəzərdə tutulmasına baxmayaraq, müvafiq xərclərin cəmi məbləğində yenidən ƏDV hesablanması, həmçinin maliyyələşmənin smeta və kalkulyasiya üzrə plan xərci əsasında aparılması səbəbindən artıq büdcə vəsaiti ödənilib. Auditor “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə ayrılmış vəsaitin xərclənməsi zamanı bəzi hallarda “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə riayət edilməyərək satınalma metodu tətbiq edilmədən vəsait xərc edildiyini, əkin materiallarının və  mineral gübrələrin  müqavilə və tender təklifi qiymətlərindən baha qiymətə alınması nəticəsində icraçıya artıq büdcə vəsaitinin ödənildiyini qeyd edib. Məruzədə icarəyə götürülmüş bəzi nəqliyyat vasitələrinə balans dəyərindən artıq icarə haqqının köçürülməsinin yaşıllıqlara qulluq xərclərinin artımı ilə nəticələndiyi, ümumiyyətlə  nəqliyyat xərclərinin tərkibində icarə haqqının xüsusi çəkisinin yüksək olduğu bildirilib. Qüvvədə olan normalara əməl edilməməsinin aparat işçilərinin orta sayının normadan, saxlanma xərclərinin isə istehsalat sahəsi işçilərinin saxlanma xərclərindən çox olmasına səbəb olduğu, qeyd olunan bu amillərin isə son nəticədə idarəetmə xərclərini yüksəltməklə xərclərin səmərəliliyinə mənfi təsir göstərdiyi diqqətə çatdırılıb.

Sonda Auditor N. Həsənov auditin nəticələri üzrə rəydə qeyd edilmiş tövsiyələri diqqətə çatdıraraq deyib ki, Birlik tərəfindən yaşıllıq sahələrinə qulluq edilməsi üçün tələb olunan xərclərin hesablanılması və istifadəsi zamanı qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl edilməklə, təsərrüfat hesablı gəlirlərin artırılması, xərclərin, o cümlədən icarə haqqı xərclərinin azaldılması və vəsaitlərdən səmərəli və təyinatı üzrə istifadə edilməsi istiqamətində fəaliyyətin gücləndirilməsi zəruridir. Eyni zamanda, büdcə vəsaiti hesabına yaşıllıq sahəsi işçilərinə ixtisas dərəcələrinin verilməsi, əməyin ödəniş dərəcəsinin müəyyənləşdirilməsi və ödənilməsi ilə bağlı müvafiq normativ aktların tələblərinə ciddi şəkildə əməl edilməsi, işçilərin əməyinin ödəniş dərəcələrinə və ixtisas tələblərinə yenidən baxılması məqsədəmüvafiq hesab olunub. Auditor yaşıllıqlara qulluq işlərinin yerinə yetirilməsi  zamanı mövcud tikinti normativlərinə riayət edilməsini, müvafiq aktlarda zəruri məlumatların, o cümlədən əkilmə ünvanları və sayının əks etdirilməsini, qulluq edilən yaşıllıq sahəsinin dəqiqləşdirilməsini, əmlakın və s. maddi sərvətlərin qorunub saxlanılması və səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə əsas vəsaitlərin inventarizasiyasının aparılmasını zəruri hesab edib. Bununla yanaşı,  Bakı şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində yaşıllıq sahələrinin inventarizasiyasının aparılması və ərazilərin dislokasiyasının təsdiq edilməsi, Birliyin strukturunu yeni dislokasiyaya uyğunlaşdırılması tövsiyə olunub. Vəsaitlərin faktiki sahələrə uyğun proqnozlaşdırılması, Birliyin fəaliyyətinin yenidən təşkili, səmərəsiz və artıq xərclərə yol verilməməsi məqsədilə tədbirlərin görülməsi, strukturunun Nizamnamə tələblərinə uyğun təsdiq olunması məqsədəmüvafiq hesab edilib.

Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya qərarının layihəsi də müzakirə edilib, Kollegiya üzvlərinin təklif və iradları dinlənilmiş və nəzərə alınıb. Kollegiya qərarı səsə qoyularaq qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam