Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

"Günəşli"dəki faciədən 19 gün keçdi: İtən neftçilər hələ də tapılmayıb

“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 3 gəmisi axtarışlara başlayıb.

 

Xeberinfo.com:  Həmçinin Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 1 kateri sahilboyu axtarışlar aparır.

 Bu barədə “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib. 

Bildirilib ki, axtarışlar hələlik heç bir nəticə verməyib. 

Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və yanğının söndürülməsi ilə Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi məşğuldur. Həmçinin FHN-nin 2 gəmisi yanğının söndürülməsi üçün gözləmə mövqeyindədir. ABŞ-dan gələn mütəxəssislərin xüsusi qurğuları quraşdırılıb və hazırlıq sona çatmaq üzrədir. 

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 7 nəfər həlak olub. 

Hazırda 23 nəfərin axtarışı davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam