Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Daha iki idmançımız dopinqlə tutuldu

Daha iki idmançımız dopinqlə tutuldu

 

 

Ağırlıqqaldırma üzrə Azərbaycan milli növbəti dopinq qalmaqalı ilə üzləşib. Silviya Angelovanın ardınca daha 2 idmançımız dopinq-testdə “ilişib”.
Xeberinfo.com:   Məlumata görə, ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında 62 kq çəki dərəcəsində bürünc medal qazanan Valentin Xristov növbəti dəfə təhlükə ilə üz-üzə qalib. 2 illik diskvalifikasiya müddəti ilin əvvəlində başa çatan Bolqarıstan əsilli Olimpiya mükafatçımızdan götürülən A nümunəsi müsbət nəticələnib. Bu səbəbdən o, B nümunəsi vermək məcburiyyətində qalıb. Əgər ikinci analiz də müsbət nəticələnərsə, idmançımız podiumdan ömürlük uzaqlaşdırılacaq.
Həmçinin mundialda 6-cı pilləni tutan Elxan Əliquluzadə də dopinqə düşüb. 77 kq çəki dərəcəsində ölkəmizi təmsil edən atletin istifadəsi qadağan olunan preparatdan yararlanması rəsmiləşərsə, o da karyerasını başa vurmaq məcburiyyətində qalacaq.
Qeyd edək ki, bu, kişilərdən ibarət yığmamızın komanda hesabında tutduğu yerə də təsir edəcək. Çünki millimizin 2 dünya çempionatının nəticəsinə əsasən 16-cı pilləni tutaraq, Rioya 4 lisenziyanı təmin etməsində Xristovla Əliquluzadənin də böyük rolu olub. Onlar müvafiq olaraq, komandamızın aktivinə 23 və 20 xal əlavə ediblər. Əgər B probu müsbət nəticə verərsə, bu xallar yığmamızın hesabından silinəcək

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam