Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

YAP Nərimanov rayon təşkilatında anım tədbiri - FOTOLAR

 

Bu gün YAP Nərimanov rayon təşkilatında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir.

 

Xeberinfo.com:  Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoydular.

Əbədiyaşar şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinin, daha sonra isə “Günəşli” neft yatağında dünyasını dəyişmiş neftçilərin ruhunun bir dəqiqəlik sükutla anılmasından sonra tədbiri giriş sözü ilə YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı açaraq söylədi ki, Ümumilli liderimizin Azərbaycana rəhbərlik etdiyi sovet dövründən Azərbaycanın gələcək inkişaf yolunun əsası qoyulub. Hələ o zamandan başlayaraq iqtisadi, sosial, mədəni və digər sahələrdə oyanış baş verib. İkinci dəfə hakimiyyətə gəlişi ilə Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanı gənc müstəqil dövlət kimi uçurumun kandarından xilas edərək qorudu, yaşatdı, gücləndirdi və bu günki müasir, güclü, inkişaf edən ölkəyə çevirdi. Azərbaycan Ümumilli lider Heydər Əliyevin şah əsərlərindən biridir.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək bildirdi ki, Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ərəfəsindəyik. Heydər Əliyevin adı Azərbaycan tarixində təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət, xalqının sevimli övladı kimi qalacaqdır. Qədirbilən hər bir azərbaycanlının qəlbində ulu öndərin ölməz obrazı daim yaşayır və yaşayacaqdır. Daha sonra Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Kərim Kərimov nitq söyləyərək bildirib ki, bütün ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli Lider Azərbaycan dövlətinin, xalqının mənafeyi və bütövlüyü uğrunda, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb. K. Kərimov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir: “Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır. Ulu Öndərin siyasi arenada rəhbərliyə gəlməsi bütün maneələri dəf edərək müstəqil düşüncəyə yol açdı. Onun həyat və fəaliyyəti tarix üçün bir nümunədir. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini - müstəqil, demokratik Azərbaycanı miras qoyub getdi, dövlətimizi öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə dünyada tanıtdı.

Sonra YAP Nərimanov rayon təşkilatının fəal gənclərindən Tamerlan Əkbərov, Aydan Xəlili və Faiq Məmmədli çıxış edərək, Azərbaycan xalqının böyük oğlu,

bütün türk dünyasının fəxri, müasir dünyanın görkəmli siyahi xadimi, müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, xalqımızın Ümumilli Lideri Heydər Əliyev doğma xalqına və torpağına həsr olunan mənalı ömür yaşadı. Sözün əsl mənasında böyük insan, dahi şəxsiyyət olan Heydər Əliyev haqqında nə qədər danışsaq, nə qədər yazsaq onun şərəfli ömründən təkcə bir yarpaq tərpətmiş olarıq. Tək bir insan ömründə milyonlarla insanın görə bilməyəcəyi işləri gördü Heydər Əliyev. Yaxın tariximizin bu canlı əfsanəsi dünyasını dəyişəndən sonra insanların, hər bir Azərbaycan vətəndaşının və gəncinin yaddaşında, düşüncələrində zamanın önündə gedən, öz zəkası ilə Azərbaycanın gələcəyinə yol açan qeyri-adi bir şəxsiyyət kimi yaşamaqdadır.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Gənclər Birliyinin sədr müavinləri Samirə Quliyeva və Əli Pənahov çıxış edərək qeyd etdilər ki, Azərbaycana bir qərinəlik rəhbərliyi dövründə ulu öndərin respublikanın tərəqqisi yolunda yorulub- usanmadan çalışması, xalqın köklü maraqlarını ardıcıl qoruması ölkəmizin çağdaş dünya düzənində layiqli yerini təmin etmişdir. Milli dövlətçiliyimizin ideya təməlini, müstəqil Azərbaycanın yeni arxitekturasını məhz Heydər Əliyev yaratmışdır. Müasir Azərbaycan dövlətinin memarı, dünya azərbaycanlılarının ümummilli lideri mərtəbəsinə yüksəlmiş bu insanın müəyyən etdiyi strateji yol xalqımızın hər bir nümayəndəsi kimi Azərbaycan gəncliyini də daim uğurlara qovuşdurur.

Bununla da tədbir öz işini başa vurdu.












Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam