Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Günəşli”də yanğın davam edir: Neftçilərin axtarışları nəticəsizdir


Dekbarın 4-də “Günəşli” yatağında baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərin dünən aparılan axtarışları da bir nəticə verməyib.

Xeberinfo.com:   Xüsusi qərargahdan verilən məlumata görə, bu gün səhər saatlarından başlayaraq itkin düşmüş neftçilərin helikopter və gəmilərin köməyi ilə axtarışları yenidən bərpa edilib.
Qərargahdan qeyd ediblər ki, platformada hələ də davam edən yanğının söndürülməsi istiqamətində də işlər davam etdirilir.

“Ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) 4 helikopteri, dalğıclar və gəmilər axtarış aparıblar. Bu gün də FHN-nin iki helikopteri axtarışlara başlayıb. Daha iki helikopter axtarışa qoşulacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin helikopteri həm neftçiləri platformalara daşıyır, həm də axtarışlarla məşğul olur.
Helikopterlər sahillərdə də axtarışlar aparırlar. Əgər neftçilər sahilə çıxıbsa o zaman onları da görmək mümkün olacaq". 

Qərargahdan verilən məlumata görə, Azərbaycan tərəfinin xahişi ilə Xəzəryanı dövlətlərin Sərhəd Xidmətləri də axtarışlar aparır. 
Hələlik yanğın söndürülməyib. 

 

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam