Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Generallar “Günəşli” yatağında

Dənizdə itkin düşmüş işçilərin axtarışı gündəlik olaraq Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 6 helikopteri tərəfindən Fövqəladə Hallar Nazirliyinin helikop­ter­lə­ri ilə qarşılıqlı əlaqədə həyata keçirilir.

 

Xeberinfo.com:  Xidmətdən daxil olan məlumata görə, hazırda yanğın baş vermiş özül­dən 100-150 km-dək məsafədə, həmçinin gündəlik olaraq hava­dan və qurudan sahilboyu ərazilərdə axtarış işlərinin aparılması təmin edilib.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində "Günəşli" yatağının yanan platformasına aid əşyalar, xilasedici jiletlər və dairələr, xilasedici qayığın hissələri aşkar olunub.

Axtarışlar vaxtı aşkar edilmiş əşyaların yerləri, dənizdə sualtı axınların, həmçinin küləyin istiqaməti nəzərə alınmaqla işlər davam etdirilir. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının müvafiq qərarları rəhbər tutulmaqla mütəmadi olaraq bilavasitə hadisə yerində yaradıl­mış qərargahda real vəziyyət qiymətləndirilməklə zəruri tədbirlər icra edilir.

10 dekabr 2015-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov helikopterlə hadisə baş verən ərazi­yə və axtarış rayo­nu­na baxış keçiriblər. Daha çox qüvvə və vasitələr cəlb edilməklə axtarış ərazisinin genişləndirilməsi barədə qərar qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam