Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İtkin düşən neftçinin anası: "Son doğum gününü dənizdə qeyd etdi"- VİDEO

img1956262

“İndiyə kimi də telefonuna zəng edirəm, zəng çatmır”
Xeberinfo.com:   “Günəşli” neft yatağının 10-cu platformasında baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən biri də Mingəçevir şəhər sakini İnqilab Osman oğlu İsgəndərovdur.
İnqilab İsgəndərov 10 ildir ki, neftçi işləyir. Mingəçevir Dövlət Unveristetinin avtonəqliyyat fakültəsini bitirən İnqilab İsgəndərov növbəti dəfə noyabrın 19-da işlədiyi neft yatağına yollanıb. Iki övladı və həyat yoldaşı ilə vidalaşıb. Anası, 81 yaşlı Qəmər xanımdan xeyir-dua alıb. Noyabrın 29-da 58 yaşını elə iş yerində qeyd edib Ailə üzvləri ilə zəngləşib, onların təbriklərini qəbul edib. İ.İsgəndərov sonuncu dəfə dekabrın 3-də ailəsi ilə əlaqə saxlayıb və tezliklə görüşəcəklərini deyib.
”3-ü günü onunla danışmışdıq, sağ-salamat idi. Dedi ki, 1-2 günə gəlirəm. Sonra 4-5-i əlaqə saxlaya bilmədik. Zəng etdik telefonuna zəng çatmadı. İndiyə kimi də telefonuna zəng edirəm, zəng çatmır” – deyə İnqilab İsgəndərovun həyat yoldaşı Təranə İsgəndərova bildirib.
İndi İnqilab İsgəndərovun oğlu itkin düşənlər arasında olan atasından soraq almaq məqsədi ilə bir neçə gündür Bakıdadır. Digər ailə üzvləri də ondan xəbər gözləyirlər:
”Ananın arzusu nə olar, canımı verərəm, oğlumu versinlər” deyə İnqilab İsgəndərovun anası Qəmər İsgəndərova vurğulayıb.
İnqilab İsgəndərovun qohumları və qonşuları da onların evinə gəlir, hər an xəbər alacaqlarını gözləyirlər. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam