Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Rusiya Ermənistan-Türkiyə sərhəddinə döyüş helikopteri yerləşdirdi

Ermenistan-Rusiya

 

Rusiya Ermənistanın Türkiyə ilə sərhədində yerləşən 102-ci hərbi bazasını gücləndirməkdə davam edir.

 

Xeberinfo.com:    Rusiya KİV-nə istinadən xəbərə görə, Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı 102-ci hərbi bazasının Erebuni aerodromuna 7 müasir Mİ-24P döyüş helikopterləri və Mİ-8MT nəqliyyat helikopterləri yerləşdirib.
Dekabrın sonuna qədər hərbi bazaya yeni helikopter partiyası da daxil ediləcək. Helikopterlər Erebuni hərbi bazasındakı MİQ-29 təyyarələri ilə yanaşı yerləşdiriləcək. 1 aydan sonra pilotlar yeni texnika ilə uçuşlara başlayacaq.
Rusiyanın Ermənistandakı aviabazası 1995-ci ildə formalaşıb. 1998-ci ilin noyabrından burada MİQ-29 təyyarələri dislokasiya olunub. 2012-ci ilin iyulunda isə Erebuni aerodromunda 102-ci hərbi bazanın aviasiya komponenti formalaşıb. Erebuni hərbi bazası Türkiyənin 25 kilometrliyində yerləşir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam