Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Deputatlar binadan evakuasiya olunur

 

 

Nümayişçilər Ali Radanın binasına daxil olmağa çalışıblar 

 

     "xeberinfo.com": Ukrayna Ali Radasının bütün əməkdaşları və deputatlar binadan evakuasiya olunurlar. Bu barədə Ukrayna parlamentinin mətbuat xidməti məlumat yayıb: “İndi evukuasiya işləri aparılır. Hər kəs binanı tərk edir”. 

     Qeyd edək ki, daha əvvəl Ukraynada müxalifətlə hökumət arasında əldə edilən barışığa baxmayaraq, mübarizəni davam etdirən radikal nümayişçilər Ali Radanın binasına daxil olmağa çalışıblar. Bu məqsədlə parlamentin mühafizə sistemi gücləndirilib. 

    Xatırladaq ki, kütləvi küçə nümayişləri Kievdə həftənin ikinci günü – Ali Radanın iclas günü yenidən canlanmağa başlayıb. Bu zaman müxalifət parlamentli prezident üsul idarəsinin yenidən qaytarılmasını və 2004-cü il konstitusiyasının bərpası tələbi ilə çıxış edirdilər.

Bu arada nümayişçilər Kievin mərkəzində daxili qoşunların 100-ə yaxın döyüşçüsünü girov götürüblər.

“Ukrainskie novosti” xəbər verir ki, nümayişçilər girov götürülənləri “Kiev komendaturası” yazılan xüsusi çadırlara yerləşdirirlər. Daxili qoşunların döyüşçüləri Maydan fəallarına təhlükəsizliklərinə zəmanət verildikdən sonra təslim olublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam