Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“MTN-nin sifarişi ilə həbs qərarı çıxaran hakimlər həbs edilməlidir”

 

“Onlar CM-nin 295.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır”

Xeberinfo.com:   “MTN işi” çərçivəsində vəzifədən azad edilən, məsuliyyətə cəlb edilənlərin sayı durmadan artmaqdadır. Demək olar ki, bütün generalitet heyətinin işdən qovulduğu MTN-də şöbə rəsirləri, müstəntiq və əməliyatçıların həsbi həyata keçirilir ki, ekspertlər həbs dalğasının genişlənməkdə davam edəcəyi qənaətindədirlər.
Bu arada ictimai rəydə ən çox müzakirə edilən məsələlərdən biri də sabiq MTN rəhbərliyi tərəfindən saxlanılan və məhkəmələr tərəfindən azadlqıdan məhrum edilən minlərlə insanın taleyidir. Əksər hüquqşünaslar hesab edir ki, “MTN işi” çərçivəsində sadəcə sabiq MTN rəhbərliyi və onların qanunsuz göstərişini icra edən şxəslər deyil, onların təqdimatı əsasında əsassız qərarlar çıxardan məhkəmə hakimləri də məsuliyyətə cəlb edilməli, onların hər biri öz layiqli cəzasını almalıdır.
Məsələ ilə bağlı açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov MTN-nin sifarişini icra edən hakimlərin məsuliyyətə cəlb edilməsinin zəruriliyini qeyd edib. Hüquqşünasın qənaətincə, bu gün ölkədə baş verən qanunsuzlquların kökündə, müstəqil məhkəmə hakimiyyətinin olmaması dayanır:
“Mən tam məsuliyyətlə deyirəm ki, istər MTN, istərsə də digər güc orqanlarında baş verən qanunsuzlquların əsas səbəbi ölkədə müstəqil məhkəmə sisteminin olmamasıdır. Azərbaycanda məhəmə sistemi iflic vəziyyətində olduğundan, bütün nazirliklər, digər dövlət orqanları, hətta siyasi hakimiyyətə yaxınlığı ilə diqqət şəkən hüquqi şəxslər də istədikləri qanunsuzluqları törədir, hər addımda qanunun tələbini pozurlar.
Məhkəmələrdə olduqca dəhşətli vəziyyət hökm sürür. Hüquq və qanundan anlayışı olmayan Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayevin özü belə hər gün, hər saniyə qanunsuzluğa yol verir. R.Rzayev dişini düzəldən həkimin belə xahişinə əməl edərək onun xeyrinə qanunsuz qərarların çıxarılmasını təmin edir.
Bu gün baş verən qanunsuzluqların əsas səbəbi məhkəmələrdir”.
M.Baxışovun sözlərinə görə, hakim prokurorluq tərəfindən təqdim edilən təqdimatı araşdırmalı, həbs qəti imkan tədbirini yalnız o zaman seçməlidir ki, bunun üçün gərəkli əsaslar olsun: “MTN tərəfindən bir çox şəxslərlə bağlı istintaq aparılıb, həmin istintaqlar zamanı bu şəxslər qanunsuz olaraq məsuliyyətə cəlb ediliblər. Daha sonra isə onlar haqqında müstəntiqlər qanunsuz olaraq prokurorlar qarşısında vəsadətlə çıxış ediblər. Baş prokurorun I müavini Rüstəm Usubov MTN-də aparılan istintaqa nəzarət edən şəxs olub. Məsuliyyətə cəlb edilənlər haqqında həbs qətiimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimatları məhz o, imzalayır. Bundan sonra bu məsələyə müxtəlif hakimlər baxaraq, həmin şəxslər haqqında məhkəmə qərarı çıxarırlar.
Cinayət Prosessual Məcəllənin tələblərinə görə, hakimlər hər hansı bir şəxs haqqında həbs qəti imkan tədbiri seçən zaman prokuror tərəfindən verilən təqdimatı hərtərəfli surətdə, obyektiv şəkildə araşdırmalıdır. Hakim baxmalıdır ki, bu şəxsin barəsində həbs qəti imkan tədbiri seçmək üçün əsaslar var, yoxsa yoxdur. Əgər əsaslar mövcud deyilsə, o zaman təqdimatın təmin edilməməsi ilə bağlı qərar çıxarmalıdır. Amma mənə bu vaxta qədər təcrübədə rast gəlməyib ki, MTN müstəntiqləri tərəfindən prokurorluğa edilən təqdimatlarla bağlı məhkəmələrə müraciət edilməsin, məhkəmələr də həmin işlər üzrə həbs qəti imkan tədbiri seçməkdən imtina etsin. Belə bir hal olmayıb”.
M.Baxışovun sözlərinə görə, bilərəkdən əsassız həbs qərarı çıxardan hakimlərin hamısı məsuliyyətə cəlb edilməlidir:
“Əgər hər hansı bri şəxs haqqında hnasısa hakim əsassız olaraq həbs qəti imkan tədbiri seçibsə, həmin hakimlər AR CM-nin 295.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu şəxslərin cəzalandırılması təmin edilməlidir. Onu da nəzərinizə çatdırım ki, həmin maddəyə görə, təqsirləndirilən şəxs 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilə bilər. Bu hakimlər bilə-bilə qanunsuz qərar qəbul ediblər. Bilə-bilə qnaunsuz qərar qəbul etmə azadlıqdan məhrum etmə ilə bağlı olduqda, hakimlər CM-nin 295-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunur.
Bir daha qeyd edirəm ki, Azərbaycanda məhkəmə hakimiyyəti çox bərbad bir vəziyyətdədir. Məhkəmələrin başında duran R.Rzayevin özü siyasi korrupsiya ilə məşğuldur. Müdafiə Nazirliyinin Stomatoloji Hərbi Poliklinikasının rəisinin göstərişi ilə bugünlərdə hakim heç bir hüquqi əsas olmadan Ali Məhkəmənin mülki kollegiyasında qanunsuz bir qərar qəbul edib və açıq şəkildə məhkəmə prosesində bildirib ki, bu sifarişi ona AR-nın Ali Məhkəməsinin sədri R.Rzayev verib. Görün bu hakim qanuna nə qədər hörmətsizlik bəsləyir ki, məhkəmə iclasında bildirir ki, mən R.Rzayevin göstərişini icra edirəm.
Nə qədər ki, Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti olmayacaq, bütün dövlət orqanlarında, nazirliklərdə qanunsuzluqlar davam edəcək”. (Moderator.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam