Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Sədərək” rəhbərinin mühafizəçisi öldürülüb?

"Sədərək" ticarət mərkəzi rəhbərinin mühafizəçisinin öldürülməsi barədəki informasiyalar öz təsdiqini tapmayıb.

Xeberinfo.com:   Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ticarət mərkəzinin ərazisində bıçaqlanma hadisəsi baş verib, nəticədə bir nəfər yaralanıb.

*   *   *12:39

Bu gün səhər saatlarında “Sədərək” ticarət mərkəzində qanlı olay baş verib.

“Qafqazinfo” ya daxil olan məlumata görə, ticarət mərkəzinin “Elit” bölməsində müştəri ilə bazarın iki mühafizəçisi arasındakı mübahisə ölümlə nəticələnib. Belə ki, səhər saatlarında “Sədərək “ ticarət mərkəzinin müdiri Yusif Qədimovun oğlu Mehman Qədimov iki mühafizəçi ilə birgə bazarda gəzirmiş. Bu zaman bir müştərinin siqaret çəkdiyini görən M. Qədimov ona burada siqaret çəkməyin qadağan olduğunu deyib.

Xəbərdarlıqdan sonra müştəri siqareti söndürərək yerə atıb. Mühafizəçilər isə siqareti yerdən götürüb zibil qutusuna atmağı ondan istədikdə isə tərəflər arasında mübahisə yaranıb. Bu zaman müştəri corabında gizlətdiyi bıçağı ilə mühafizəçinin birini yaralıyıb, o birini isə öldürüb.

Hadisə yerinə gələn polislər müştərini həbs ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam