Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Yeni deputatlarla bağlı yekun rəy ayın 21-i veriləcək

 

Milli Məclisə keçirilən seçkilərdə seçilən deputatların siyahısı Konstitusiya Məhkəməsinə noyabrın 21-də göndəriləcək.

Xeberinfo.com:   Məlumata görə, bunu açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli deyib. Şöbə müdiri bildirib ki, Seçki Məcəlləsinə əsasən, səsvermə günündən ən geci 20 gün müddətində MSK seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması prosesini başa çatdırır:“Noyabrın 21-dək Milli Məclisin seçkilərinin nəticələri yoxlanılıb yekun rəy verildikdən sonra Mərkəzi Seçki Komissiyasının protokolu və ona əlavə olan digər sənədlər Konstitusiya Məhkəməsinə təqdim olunur. Konstitusiya Məhkəməsi də sənədlərin təqdim edildiyi gün saat 18:00-dan sonra 10 gün müddətinə parlamentin yekunlarını və nəticələrini yoxlayıb təsdiqləməsi ilə bağlı qərar qəbul edir”. 

Şahin Əsədli əlavə edib ki, yeni seçilən deputatların siyahısı Konstitusiya Məhkəməsinə göndərilmədən öncə Mərkəzi Seçki Komissiyasının (MSK) seçkilərin nəticələrinə dair yekun iclası keçiriləcək.

Qeyd edək ki, noyabrın 1-də Azərbaycan Milli Məclisinə seçkilər keçirilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam