Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Salyan TKQ-da da yoxlamalar aparılacaq: ÖZƏL

 

Keçirilmiş kotirovka sorğusu və tender əməliyyatları araşdırılacaq

Xeberinfo.com:   Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) başladılan yoxlamaların regionları da əhatə edəcəyi gözlənilir. Söhbət Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin  RYTN-də rüşvətxorluq, korrupsiya və dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyəti aşkarlamasından gedir.

Bu istiqamətdə xeberinfo.com-a daxil olan məlumata görə nazirlikdə aşkarlanmış qanunazidd əməllərdə bəzi rayon Telekommunikasiya Qovşaqları da iştirakçı olublar. Qovşaqlarda həyata keçirilən kotirovka sorğusu və tender əməliyyatlarında bəzən ciddi şəkildə dövlət əmlakı mənimsənilib. Bu sırada Salyan TKQ-nın da adı hallanır. Məlumata görə Salyan TKQ-nın 19. 05. 2010-cu ildəki kotirovka sorğusu və 12. 01. 2010-cu ildə elan etdiyi tender də daxil olmaqla bütün maliyyəəməliyyatları yoxlamanın predmeti olacaq. Xatırladaq ki, kotirovka sorğusunda rayonun Qaraçala kəndində 144/30, Qızılağac kəndində 208/30 nömrəlik EATS-lərin qurulması, tenderdə isə Salyan Telekommunikasiya Qovşağı Mərkəzi ATS-nin NGN texnologiyası əsasında rekonstruksiyası nəzərdə tutulurdu...

Ümumiyyətlə Salyan rayonunda rabitə və internet xidmətlərinin yararsızlığı ilə bağlı məlumatlar var. Rayonun kəndləri bir yana, mərkəzdə belə idarə və təşkilatlar internet xidmətindən narazıdırlar.

Biz bu narazılıqla bağlı məlumatlarlı dəqiqləşdirə bilmədiyimizdən hələlik geniş yaza bilmirik. Salyan TKQ-nın rəisi Faiq Nəcəfovla telefon əlaqəsi yarada bilsək də, nəticə olmadı. TKQ-nın rəisi bizim suallarımızı cavablandırmaq əvəzidə, yersiz olaraq hədə-qorxuya, şantaja üstünlük verdi(?)

Olsun, təəssüf ki, hələ də bəzi səlahiyyət sahibləri mətbuatla “işləməyin” bu formasından ayrıla bilmirlər.

 

 

Sabir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam