Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycan xarici kreditlərdən asılı vəziyyətə düşə bilərmi?

 

Natiq Cəfərli: “SOCAR-ın aldığı borclar da dövlət zəmanəti ilə verilir və dövlət borcu səviyyəsindədir”
 
Vahid Əhmədov: “Azərbaycan son 15 ildə istər Dünya Bankına, istər Beynəlxalq Valyuta Fonduna, istərsə də digər beynəlxalq fondlara yalvarmayıb ki, bizə kredit verilsin”
Xeberinfo.com:  Məlumata görə, Eks-spiker Rəsul Quliyev mətbuatda yeni bir yazı ilə çıxış edib və Azərbaycanın iqtisadi durumunu təhlil edərək, ölkənin yaxın vaxtlarda xarici borclardan asılı hala gələcəyini vurğulayıb. 
Ölkənin iqtisadi durumunu vaxtilə sovetlər dönəmindəki durğunluğun fəsadları ilə müqayisə edən Rəsul Quliyev hökuməti kosmetik deyil, real islahatlara səsləyib və neft gəlirlərinin azalması fonunda ölkənin xarici kreditlərdən asılı hala düşəcəyinin  qaçılmaz olduğunu vurğulayıb: “Neftin qiymətinin yaxın 2 ildə 10 faiz qalxa biləcəyi belə gözlənilmir, əksinə, çox ehtimal bu qiymət bir barelə 40 dollar səviyyəsində formalaşacaq. Dövlət büdcəsinin formalaşmasının azı 75 faizi birbaşa və ya bilavasitə neft istehsalından asılı olan Azərbaycan yaxın vaxtlarda BVF və Dünya Bankının kreditlərinə möhtac qalacaq. Çünki nə ərəb ölkələri, nə RF, nə də Çin birincisi Azərbaycana kredit verməkdə maraqlı deyildir, ikincisi özlərinə kapital lazımdır. Kredit verən real təşkilatların şərtinin demokratik reformlar və makroiqtisadiyyat göstəricilərinə əməl etmək olduğunu qeyd etmişdim. Azərbaycan son parlament seçkisi ilə bu kreditlərdən daha da uzaqlaşdı”. 
R.Quliyev yazısına davam edərək bildirib ki, Avropa Birliyi qarşısında Azərbaycanın demokratik bir ölkə kimi imici elə də yüskək səviyyədə olmadığı üçün Dünya Bankı və ya  BVF-nin ölkəmizə kredit ayırması ehtimalı da azalır. 
Bəs, görəsən bu durumla bağlı iqtisadçılar nə düşünür? Onlar ölkənin xarici kreditlərdən asılı olacağı proqnozu ilə razılaşırlarmı? 
Rəsul Quliyevin iddialarına haqq qazandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, yaxın zamanlarda köklü islahatlara gedilməzsə, xarici borcların həcmi artacaq: “Aylar öncədən biz bu məsələni mətbuatda qaldırmışdıq ki, Azərbaycan büdcəsinin 65 faizi birbaşa neft gəlirlərindən asılıdır. Digər neftlə bağlı gəlirləri də hesablasaq, büdcə gəlirlərinin 75 faizi neftin hesabına formalaşır. Xarici ticarətdə isə bu, 95 faizə çatır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan dövlətinin beynəlxalq müqavilələrlə digər öhdəlikləri  də var. Məsələn, hökumət yaxın 3 ildə “Şahdəniz” yatağına, TANAP və TAP layihələrinə 16-17 milyard dollar vəsait yatırmalıdır. Bütün bu xərcləri nəzərə alsaq, ölkənin gəlirlərinin azalması Azərbaycan hökumətini dilemma qarşısında qoyur. Ancaq ən yaxşı çıxış yolu o olardı ki, hökumət köklü islahatlara getməklə büdcənin neftdən asılılığının azaldılması, qeyri-neft sektorundan gələn gəlirlərin artırılmasına çalışsın. Ancaq görünən odur ki, hökumət bunu etmək istəmir. Ciddi islahatlar əvəzinə borclanma siyasətinə üstünlük verir. Məsələn, artıq SOCAR bir neçə mənbə ilə danışıqlar apararaq, 7 milyard dollara yaxın borc almaq istəyir. Hazırda həm Yaponiya, həm də bəzi başqa ölkələrlə danışıqlar gedir. SOCAR-ın aldığı borclar da dövlət borcu səviyyəsindədir. Çünki, dövlət zəmanəti ilə verilir. Bundan başqa Azərbaycanın  özü də yaxın gələcəkdə borclanmanın artırılması üçün bir neçə mənbə ilə danışıqlar aparır. Bunun özü həm də təhlükəli haldır. Çünki, Azərbaycanın kredit reytinqi bir o qədər də yüksək deyil. Ona görə də, Azərbaycana veriləcək borclar daha yüksək faizlə veriləcək. Bir çox beynəlxalq reytinq agentlikləri Azərbaycanın büdcə gəlirlərinin azalmasını nəzərə alaraq, hər üç aydan bir reytinqlərdə dəyişiklik edirlər. Yaxın zamanlarda yenidən reytinq cədvəli açıqlanacaq və Azərbaycan daha da geriləyəcəksə, o zaman daha yüksək faizlə borca girmək məcburiyyətində qalacağıq. Çünki, beynəlxalq institutlar məhz həmin reytinq agentliklərinin verdiyi qiymətləndirməyə görə faiz dərəcələrini müəyyən edirlər. Ona görə də, bu, çox təhlükəli yoldur”.  
Ekspertin sözlərinə görə, bu gün Azərbaycanın xarici borcu elə də yüksək səviyyədə deyil, idarəoluncaq həddədir: “Azərbaycanın xarici borclar ümumdaxili məhsula nisbətdə 8-9 faizi keçmir. Bu digər dövlətlərlə müqayisədə yaxşı göstəricidir. Ancaq borclanmanın sürəti artır və yaxın gələcəkdə hökumət ancaq bu yolla problemlərini həll etməyə çalışacaqsa, borclanma səviyyəsi sürətlə artacaq, dövlət borcları idarəolunma zhəddə çatacaq. Ölkənin gəlirlərinin azalmağa doğru getdiyini də nəzərə alsaq, gələcəkdə borcun qaytarılması imkanlarının zəifləməsini də proqnozlaşdırmaq olar. 
Dövlətin borc yükünün artması həm də gələcək nəsillərə miras qalan bir problem olacaq. Bir müddət sonra Azərbaycanda rəhbərliyə başqa bir hökumət də gəlsə, dövlət zəmanəti ilə götürülmüş borcları mütləq qaytarmalı olacaq. Əgər xarici borcların həcmi artsa təkcə bugünki əhali deyil, gələcək nəsil də təhdid altında qalacaq”. 
Avropa Birliyinin Azərbaycanla bağlı rəyinə gəlincə, Natiq Cəfərli bildirdi ki, ölkələrə kreditlər ayrılarkən bu məsələ də diqqətə alınır, lakin həlledici deyil: “Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kredit müqavilələri bağlayarkən həmin ölkədəki siyasi vəziyyətə də diqqət yetirirlər. Ukrayna ilə bağlı baş verənlər də bunun sübutudur. Hər iki qurum Ukraynaya ciddi şəkildə kredit ayırırlar və bu  zaman ölkədəki siyasi vəziyyəti nəzərə alırlar. Çünki, ortada bir siyasi iradə var. Ona görə də, siyasi məsələlər bəzən önə çıxır. 
Dünya Bankı da, Beynəlxalq Valyuta Fondu da yaxın gələcəkdə Azərbaycana kredit ayıra bilər. Lakin çox yüksək faizlə ayıracaq. Bu kreditləri də dövlət zəmanəti ilə verdiyi üçün kreditlərin qaytarılması zamanı gəldiyi zaman hər iki fond hökumətdə kimin olmasından asılı olmayaraq, borcları geri tələb edəcək. Azərbaycanın xaricdə olan daşınan və daşınmaz əmlakı, resursları zəmanət rolunu oynayır və bir müddət sonra Azərbaycan borcları qaytara bilməsə boru kəmərləri, təyyarələri, tanker və gəmiləri belə girov qismində satışa çıxarılacaq və kreditin qaytarılmasına hesablanacaq. Bu çox təhlükəli bir tendensiyadır.  Dünya Bankı da,  Beynəlxalq Valyuta Fondu da ola bilər ki, danışıqlar apararkən müəyyən siyasi məsələləri də qabartsınlar”. 
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə Azərbaycanın nə Dünya Bankına, nə də Beynəlxalq Valyuta Fonduna ehtiyacının olmadığını bildirdi: “Azərbaycanın kifayət qədər, yəni 43 milyard manata yaxın ehtiyatı var. Azərbaycanın 2016-cı il dövlət büdcəsi artıq təsdiq olunub, gəlir və xərclər hissəsi hesablanıb. Lakin Neft Fondundan transferlərin həcmi azalıb. Ötən il bu məbləğ 11 milyard manat idisə, bu il 6 milyard manat olub. Bu da elə də ciddi bir problem deyil. 
Azərbaycan son 15 ildə istər Dünya Bankına, istər Beynəlxalq Valyuta Fonduna, istərsə də digər beynəlxalq fondlara yalvarmayıb ki, bizə kredit verilsin. Azərbaycanda iri layihələr həyata keçirildiyi üçün həmin beynəlxaq fondlar və dövlətlər də bu layihələrin həyata keçirilməsində maraqlı olduqları üçün kredit ayırıblar. İndi də Azərbaycanda iri bir layihə həyata keçirilir: TANAP və TAP layihələri... Bu layihəyə də çox asanlıqla maliyyə ayıracaqlar. Çünki, bu layihənin həyata keçirilməsində həm Avropa dövlətləri maraqlıdır, həm də Türkiyə və digər ölkələr... Bu baxımdan mən Azərbaycana kredit ayrılması ilə bağlı hər hansı problem görmürəm. Digər tərəfdən mən beynəlxalq kreditlərin tərəfdarı da deyiləm. Çünki, Azərbaycan öz daxili ehtiyatlarından istifadə edərək, öz iqtisayyatını qurmalıdır ki, sabah vətəndaşlar o kreditlərin əlində qalmasın”. 
Musavat.com

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam