Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ən az neft çıxaran, ən böyük ştatı olan şirkət

 

«Exon Mobile», «BP», «Şevron», «Total»ın Rövnəq Abdullayev qədər pulu yoxdur? 

Xeberinfo.com:  Məlumata görə, bir neçə gün əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin II Xəzər texniki konfrans-sərgisində çıxışı zamanı bildirmişdi ki, SOCAR-ın ölkə daxilindəki idarə və müəssisələrində ümumilikdə 55 min, xaricdəki müəssisələr və nümayəndəliklərində isə 12 min işçi çalışır. Beləliklə, aydın olmuşdu ki, SOCAR-ın ümumilikdə 67 min işçisi var. Şirkətin 2014-cü il illik dövriyyəsi 39 milyard dollar olub. SOCAR-ın illik dövriyyəsini bəzi beynəlxalq şirkətlərin illik dövriyyəsi ilə müqayisə etsək görərik ki, Rövnəq Abdullayev həddindən artıq çox işçi saxlayır.

Məsələn, ABŞ-ın “Exon Mobile” şirkətinin illik dövriyyəsi 394 milyard dollardır. Bu şirkətin bazar qiyməti isə 417 milyard dollardır. Amma “Exon Mobile”də işləyənlərin sayı 75 min nəfərdir. Böyük Britaniyanın BP şirkətinin illik dövriyyəsi isə 386 milyard dollardır. Işçilərinin sayı 84 min nəfərdir. Yaxud götürək ABŞ-ın “Şevron” şirkətini. Bu şirkətin illik dövriyyəsi 192 milyard dollardır. Işçilərinin sayı isə SOCAR-dan da azdır: 64 min nəfər.

Illik dövriyyəsi 171 milyard dollar olan Fransanın “Total” şirkətinin isə 97 min işçisi var.

Səudiyyə Ərəbistanının “Aramko” şirkətinin illik dövriyyəsi 311 milyard dollardır, işçilərinin sayı isə 57 min nəfərdir.Britaniya ilə Niderlandın birgə şirkəti olan “Şell”in illik dövriyyəsi 459 milyard dollardır. Işçilərinin sayı isə 92 min nəfərdir.

SOCAR-ı yalnız Rusiyanın “Lukoyl” şirkəti ilə müqayisə etmək olar. Bu şirkətin də illik dövriyyəsinə işçilərinin sayı həddən artıq çoxdur. 141 milyard dollar illik dövriyyəsi olan “Lukoyl”un 151 min nəfər işçisi var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam