Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

DEDİKLƏRİM

                Fərman Kərimzadə anıldı

 

Xeberinfo.com:   

O gecə qoynuna nar oğurluğuna getmişdim. Xəbərin oldumu?

***

Unutdun sevgimi qar altında qalan bənövşə kimi.

***

Sevgini sədəqə kimi vermə mənə, arıma gəlir.

***

Bir az da döz. Dözmək dönməzlikdir. Qovuşarıq!

***

Qəfil xəbər tutdum ki,ürəyimi itirmişəm. Heç demə o, səndəymiş.

***

Gözümün, könlümün hamıdan doğma olan xanımı.

***

Yadımdan çıxdığın yadıma gəlmir.

***

Köhnə yurd yerində qalmış sevgimin ziyarətində oldum.

***

Mən niyə çayın nəğməsini yox, xırda bulaqların nəğməsini dinləyirəm? Ona görə ki,bulaqlar sənin özün və səsin kimi təmiz və safdır.

***

Demək baxışlarım məni satıb, səni sevdiyimi məndən qabaq deyib sənə.

***

Sənin vüsalına çatınca sizinkilər tərəfindən kitab kimi vərəqlənib oxundum.

***

Həyətimiz güllənib, çiçəklənib, evimiz nurlanıb, gözəlləşib sən bizə gəlin gələn gündən.

***

Kişisiz qadın şoran torpaq kimidir, əkilməz- biçilməz.

***

Bu gündən içimi qoruyacam. Orda sən varsan.

***

Bu gecə səhərə qədər oyaq qalacayıq. Nə sən məndən doyacaqsan, nədə mən səndən. Bu gecəni sevgi tarixi kimi yazacayıq ömrümüzə.

***

Sənə Mələk dedim. Bağışla məni,sənin yanında Mələk kimdir ki?

***

Nə olar, sevmə məni. Mənim ürəyim daşdır. Daş sənin nəyinə gərək?

***

Mən sevgidə böyüyəm, sevgisizlikdə heç kiməm.

***

Vaxtında nəfəsinlə isitmədin ruhumu, indi göz yaşınla başdaşımı isidirsən.

***

Evdaşım ola bilməyən gözəl, niyə başdaşımın önündə dayanmısan?

***

Gözlərimdə sənin şəkillərindən ibarət sərgi açmışam. Giriş pulsuzdur.İstədiyin vaxt gəlib özünə baxa bilərsən.

***

Danışmadın- səni lal bildim, eşitmədin- kar bildim, görmədin- kor bildim. Mənim sən olmam, sənin mən olman mümkünmü?!

***

Vüsal gecəmizin nurlu səhəri bir ümid laylası çaldım.

***

Ayrıldıq, böldük nəyimiz vardı. Bircə ağrılarımızı bölə bilmədik, səninki səndə. mənimki məndə.

***

Mən əsgər gedirəm. Mən gələnə kimi bir- birindən xəbərsiz neçə qızın gözü yol çəkəcək.

***

Anamın çiçək arzusunun vaxtına çatmışam.

***

Bəxtinə dua yazdıran gözəl, gözəlliyin bəxtin deyilmi?

***

Aldanışlardan bezən qadın dizlərini qucaqlayıb divar küncündə için- için ağlayırdı.

***

Sevmədiyi ərinin qolları arasında iyrənə-iyrənə yaşayan qadın, nə yaxşı indiyə kimi çərləyib ölməmisən?!

***

Qərarın qətidirsə get. Mən dayan, dur deməyəcəm. Heç arxanca ağlamayacam da. Nəyə lazım? Evimdə sənsizliyi göyərdəcəm. Sonra da susuz qoyub qurudacam.

***

Moda bazarında gəzən qızın sevgisi ucuzlaşar, nazı bahalaşar.

***

Bu gecə səni yuxuda görmüşəm, indi görüntünə qurban kəsirəm.

***

Qız nəfəsinlə yandır məni külə döndər.

***

İnamımla gümanımın arasında qalmışam nə vaxtdır.

***

Heç kimdən şübhələnmə. açıq deyirəm, o gecə yuxuna girən mən idim.

***

Sabaha qoyma görüşümüzü. Bu gün görüşək. Deyirlər sabah bir sirdir. nə bilmək olar açıla, açılmaya.

***

Bütün sevmək istedadımı qarşına qoydum.

***

kişisiz bir mənzil qadın saxlayır qeyrət içində.

***

Yığılın, yerdən götürün məni. Mən o qız öləndə ölmüşəm.

***

Payız tumurcuğu idim, üstümə qar yağdı aça bilmədim.

***

Göz yaşımı içimə axıdıb içimi islatdım. İndi içimi hara sərim, harda qurudum?!

***

Gözümün içinə imzanı qoy, görüb baxan olmasın.

***

Sənin doğum günün mənim ölüm günümə düşdü. Ölüm qabağı sənin şərəfinə bir qədəh şərab işdim.

***

Dərilməmiş gül- ərə getməmiş qız.

***

Sən mənim ömürümdə məndən yüksəkdəsən.

***

Məbadə mən öləndə ağlayasan. Ağlama, gül. Axı sən heç vaxt ağlamamısan.

***

Dünya qadın üzünə doğulub. Ona görə ondan ayrıla bilmirəm.

***

Bu gün dünənki ömrümüzdən içimə dolan nəfəsinlə yaşayıram.

***

Eheyyy...məni görənlər, deyin geri qayıtsın. Bu gecə o qızın toyudur.

***

Vərəqləyib oxuma mənim ömrümü. Sən oxuyacaq ömür deyil.

***

Sevginə layiq bir şey yazmaq istədim. amma bilmədim urvatlı bir şey yazdım, ya yox?

***

Qol açıb üstünə getdim. Soyuq baxışların qollarımı kəsdi.

***

Tale bu yaşda mənə böyük sərvət vermişdi. Sevgi sərvətdi. Mən onu bütünlüklə sənə verdim. Sən ondan yararlanmadın.

***

Sevgi dəlisi oldum. Yetirən əlinə keçən daş-kəsəyi üstümə atdı.

***

Bir dam altında olmağımıza baxmayın. biz bir- birimizə həsrətik.

***

Sevib, sevilmək üçün yarandım. Yoxsa bu dünyada nə işim vardı?

***

Səninlə isti bir yuva qurduq. Sizinkilər gəlib uçurdular. Dedilər ki, sənəd- sübutla tikilməyib.

***

Sordun: Məni nə qədər sevirsən? Demədim dünya qədər. Çünki dünya sevgimizə ölçü ola bilməzdi.

 

                    

Məhərrəm Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam