Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Nazirlikdə 118 saxta diplom aşkarlandı

bad-doctor

 

“2015-ci ildə Səhiyyə Nazirliyi tərəfindən sənədlərin araşdırılması prosesi zamanı 118 saxta diplom aşkar olunub. Aşkarlanan diplomların əksəriyyəti orta təhsilə aiddir”. 

Xeberinfo.com:   Məlumata görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Məlumatda deyilir ki, ümumilikdə araşdırma nəticəsində, 118 saxta diplom aşkar olunaraq toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib: “Bu istiqamətdə həmin qurumla müvafiq tədbirlər davam etdirilir”.
Qeyd olunub ki, 2011-ci ildən başlayan tibb işçilərin sertifikasiyası ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən tibb peşəli şəxslərin sənədləri yoxlanaraq bir sıra saxta və ya hüquqi əsası olmayan təhsil müəssisələri tərəfindən verilmiş diplomlar aşkar olunub: “Səhiyyə Nazirliyinə daxil olan müraciətlərin baxılması zamanı sənədlərin yoxlanması üçün aidiyyəti olan tibb müəssisələrinə sorğu göndərilir. Sorğuların cavabı sənədin əsassız olduğunu təsdiqləyirsə, faktla bağlı bütün sənədlər Hüquq və Daxili Nəzarət şöbəsinə və oradan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilir.
Eyni zamanda vurğulamaq lazımdır ki, 2004-cü il yanvarın 13-də “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il martın 3-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb. Qanunun tətbiq olunması və saxta sənədlərin istifadəsinə görə vətəndaşların məsuliyyətə cəlb olunması saxta diplomların sayını tədricən azaldacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam