Redaktor seçimi
“Alfa LTD” şirkətinə növbəti ittiham:
“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-
Yüzlərlə azərbaycanlının diri-dirini yandırıldığı məscid –
51 ilin neftçisi fəryad edir:
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Bir səfilin harayı:
Günün xəbəri

Balıqçının meyiti balıq torundan tapıldı - Video

Balıqçının meyiti balıq torundan tapıldı - Video

 

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb.

Xeberinfo.com:   Məlumata görə, balıqçının meyiti Xaçmazın Niyazabad kəndindən 6 kilometr aralıda balıq toruna ilişmiş vəziyyətdə tapılıb. Meyiti tapılan balıqçı Xaçmaz rayonunun Tikanoba kənd sakini Həmzə Nurəddinovdur.

Həmçinin axtarışlar zamanı digər itkin düşən balıqçılara məxsus gödəkcə və batan qayıq sudan çıxarılıb.
Xatırladaq ki, ötən gün səhər saatlarında Xəzər dənizinin Xaçmaz rayonu Niyazabad kəndinə yaxın ərazisində balıqçı qayığı batıb. Havanın küləkli olması səbəbindən batan qayıqda olan üç nəfər – Xaçmaz rayonunun Tikanoba kənd sakinləri Həmzə Nurəddinov, Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirov itkin düşüb.

 

 


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr