Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

MTN-in daha bir şöbə rəisi işdən qovuldu

 

Akif Çovdarovun bacısının kürəkəni olan Rafiq Hümbətovla bərabər İdarə rəisinin 1-ci müavini Qorxmaz Hüseynov işdən çıxarıldı
Xeberinfo.com:   Milli Təhlükəsizlik Nazirliyinin(MTN) Xətai Rayon Şöbəsinin rəisi Rafiq Hümbətov işdən çıxarılıb. R.Hümbətov MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun bacısının kürəkənidir. 1972-ci il təvəllüdlü Rafiq Hümbətov A.Çovdarovun himayəsi altında tez bir zamanda MTN-də irəli çəkilənlərdəndir. 2010-cu ildə MTN-in Astara şöbəsinə rəis təyin olunan R.Hümbətov 2015-ci ilin fevralında qurumun  Xətai rayon şöbəsinə rəis təyin olunub. Onun MTN-ə şöbə rəisi aparılacağı haqda söhbətlər də olub. 
Qaynağımız deyir ki, A.Çovdarova güvənən R.Hümbətov özüünü tutduğu posta uyğun aparmayıb, bir çox qanunsuzluqlara imza atıb. Onun “MTN işi” üzrə istintaqa cəlb edilməsi haqda da məlumat var. 
Aldığımız digər məlumatda deyilir ki, MTN-dəki “təmizləmə”lər A.Çovdarovun 1-ci müavini Qorxmaz Hüseynova da çatıb. Vaxtilə MTN-in nəzdindəki Xüsusi İdarədə çalışmış Q.Hüseynov sonradan İdman Akademiyasına prorektor təyin olunub. Namiq Abbasov milli təhlükəsizlik naziri olarkən Q.Hüseynov geri dönmək istəsə də, N.Abbasov onun uyğun kadr olmamasını əsas gətirərək buna imkan verməyib. Eldar Mahmudov nazir təyin olunandan sonra isə MTN-in qapıları Q.Hüseynovun üzünə açılıb. Sabiq nazirlə qohumluq əlaqələri sayəsində o, böyük bir idarənin rəis müavini postuna təyinat alıb. Eldar Mahmudovun əsas kadrlarından olan A.Çovdarov MTN-dəki yığımların başında dayanan əsas 2-3 şəxsdən biri olub. Q.Hüseynov onun 1-ci müavini olmaqla yığımlarda iştirak edib.  
A.Çovdarovun MTN-də peşəkar kadrların qənimi kimi ad çıxarması haqda da bilgilər var. O, istədiyi şəxsi MTN-də işə götürə və ya əksinə gözünə xoş görünməyən şəxsi işdən çıxarmaq səlahiyyətində olub.
Xəbər verdiyimiz kimi idarədə oktyabrın 29-da başlanılan yoxlamaların nəticəsi olaraq A.Çovdarova tabe olan 3 şöbə rəisi Səlim Məmmədov, Akif Əliyev və Rəsul Rəsulov vəzifələrindən uzaqlaşdırılıblar. Bu şəxslər A.Çovdarovun “vuran əlləri” hesab olunurdu.
S.Məmmədov A.Çovdarovun himayəsi altında narkotik və insan alveri işlərində pul yığmaqla ad çıxarıb, R.Rəsulov haqq qoyan olub, A.Əliyev əvvəllər Çovdarovun köməkçisi olub, sonradan isə o da digər şöbələrin rəisləri kimi var-dövlət toplamaqla məşğul olmağa başlayıb.`/müsavat.com/

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam