Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Millət vəkili iş adamına olan borcunu niyə qaytarmır?


Xeberinfo.com:   Məlumata görə, iş adamı Cəfərov Habil Yamən oğlu İmişli rayonunun deputatından 75 min dollar pulunu tələb edir  Naxçıvan Muxtar Respublikasının Şərur rayon, Xok kənd sakini, 01.03. 1974-cü il təvəlüdlü iş adamı Cəfərov Habil Yamən oğlu "Milletinsesi.info"nun redaksiyasına gələrək, Milli Məclisin deputatı Əsabil Qasımovdan şikayətçi olduğunu, bu barədə ölkəmizin başçısı, möhtərəm prezidentimiz İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevaya, eləcə də Milli Məclisin sədri Oqtay Əsədova teleqramlarla müraciət etdiyini lakin heç bir istansiyadan məktublarına cavab ala bilmədiyindən, mətbuata müraciət etmək məcburiyyətində qaldığını bildirdi.  Şikayətçi deputat Əsabil Qasımova məxsus olduğu "Karat" holdinqdə çalışdığını, daha sonra isə onunla işbirliyində olduğu və bu zaman aralarında küllü miqdarda borcun yarandığını, borcun bir hissəsi qaytarılsa da, qalan hissəsinin qaytarımadığını bildirir. Biz həmin şikayəti olduğu kimi diqqətinizə çatdırırıq:   "-Şikayətim Milli Məclisin deputatı Əsabil Qasımovdandır. İmişli rayonundan deputat seçilib, hansı dairədən seçildiyini dəqiq bilmirəm. Əsabil Qasımovdan ona görə şikayətçiyəm ki, "Karat" holdinqin sahibi odur.  Bizim aramızda 3 illik iş biliyi olub (2003-2004-dən işliyiblər mənimlə). Mən əvvəl "Trestdə" satış müdürü işləmişəm. Bakıda fəaliyyət göstərən "Trest- 4" şirkətində satış müdiri olmuşam. Ondan sonra, işdən könüllü çıxaraq, öz işimi qurmuşam. Kiminsə tabeçiliyində olmamışam. Elə o zaman da Əsabil Qasımova məxsus holdinqlə iş birliyim olub.  Qərib deyən şəxs də bunlarla ilk əvvəl Xırdalanda "Şinservis" deyilən yer var orda işliyib, mən də onlarla orada tanış olmuşam.  "Karat" firmasında Əsabil müəllimin xalası nəvəsidir, ya xalası oğludur, qardaşıdır bilmirəm, Qərbin bacısın alıb. Yəni Qəribin bacısının həyat yoldaşı orda rəhbərlik edirdi. Əvvəllər Rövşən müəllim vardı, onu şərləyib tutdurdular hazırda həbsdədir. Açığı Rövşən müəllimin günahı yox idi, o işlərdə.    Düzdür, satış müdiri Rövşən müəllim idi, amma bütün təşkilatçılığı vermişdilər Qəribə. Satışa da o baxırdı, alış da, rəhbərlik Qəribdə idi. Bir zaman Rövşən müəllim mənə dedi ki, bax Habil, belə-belə başladıq filan-filan yerlərdə "Sinaqoq"un arxasında, şəhərin mərkəzində, sonra Şəki postunun yanında armatur boşaltdılar. Qərib orada tikinti işləri aparırdı. Tabeçilik onda idi və sonra firmada dəyişiklik oldu,  "Karat" şirkətinə birləşdirildi. "Karat" şirkəti özəl idi, dövlət şirkəti deyildi. Sonra eşitdim ki, Qərib ordan xeyli miqdarda "pul yeyib", qumar oynayıb uduzub deyə onu şirkətdən araladılar.   Günlərin birində məni çağırdılar ki, sənin bizə 500 yüz min borcun var. Qərib demə, xərclədiyi pulları mənim üstümə pul yazıb orada. Dedim başa düşmədim? Əgər borcum varsa ödəyərəm. Nə isə Qərib bir gün gəldi yanıma ki, mənə 300 min pul lazımdı. Dedim sənin başın qaçıb nədi? 300 min nədi? 300 min məndə yoxdu. Dedi tap. Dedim hardan tapım? 300 min 3 manat deyil, 30 manat deyil, 300 min az pul deyil. Dedi mən batdım, öldüm. Dedim başa düşmədim batdım, öldüm  nədi? Dedi ki, mən qaçıram, Azərbaycanı tərk edirəm, tərk elədi də. Dedim sənin başın xarab olmasın, anan xəstədi, evdə körpə uşaqların var. Get otur neyləmisən onun açıqlamasın ver, bəlkə dərdinə dərman, çarə tapdılar. Dedi, yox mən gedirəm.  Mən Əsabil müəllimin qohumu Vüqarnan əlaqə saxladım, ona zəng etdim. Dedim qoymayın yazıqdı, bədbəxt olmasın. Nə isə gecə saat 11-də Vüqar mənə zəng vurdu. Qış vaxtə idi, atamda bizdəydi. Soruşdular ki, hara gedirsən, hec nə demədim. Dedim işim var gəlirəm. Saat 11 oturduq həmən yerdə- Qaradağ postunun yanındakı tikintidə, başladı ki, sənin bizə 500 min borcun var. Qəribi sən öldürüb atmısan dənizə, Əsabil müəllim mənimlə belə danışdı. Dedim, borclu borclunun sağlığın istər onu öldürməz. Gecə saat 3 kimi onlarla mübahisəm oldu, Əsabil müəllim başda olmaqla.   Qəribin mən tərəfdən öldürülməsi artıq açıq şər və böhtan idi. Dedim, Qəribi mən öldürmüşəm, sübütünüz var?  Qərib saat necədə gəlib mənim yanıma işə, işdən sonra saat 3- də "Elit"də yanımda olub, "Xəqani petrol"da 20 manatlıq benzin vurub, orda da kameralar var, saat 5- də məndən  ayrılıb, sonra keşlə bazarının yanında olub oralarda da kameralar var. Artıq keçdim qanunla hansı dəqiqələrdə harada olmuşam bunlara danışmağa. Dedim ki, şükür Allaha oraların hamısıda kameralar var çıxarın yoxlayın.    Mühafizəçi də dedi ki, Qərib burdan çıxmayıb, mühafizəçi də təbii onların adamıdır, belə də deməliydi. Dedim, Qərib mənimlə bərabər çıxıb, belede ki, DİN-nin kameraları var, 102- yə məlumat verin, kameralardan məlumtları çıxarsınlar, Qəribin nə vaxt harada olduğunu desinlər. Nə isə mübahisəmiz gecə saat 3-ə qədər çəkdi, saat 3-də onlardan ayrıldım. Dedim, telefonum açıqdı, nə vaxt, hacan hara desəz gələrəm, mənim alnım açıqdı. Nə isə aradan 1 gün keçdi, Vüqar zəng etdi ki, görüşək. Dedim görüşək. Getdik Xırdalanda oturduq, söhbət elədik ordan-burdan. 2 il, 2 il yarımın söhbətləri idi.      Dedim ki, sizin mənə borcunuz var, qayıtdı ki ola bilməz. Məndə dəftər var idi gətirdim, qoydum qarşısına, dedim bax, bütün verdiklərim də, aldıqlarım da burada var. Kimin nə qədər borcu var dəftərə yazırdım, sənədlə deyildi, satış olanda sənədlə olur. Yəni öz aramızda razılıqla olan işdi, respublikamızda hamı bilir ki armatur razılıqla alınır, bu hamıya aydındır. Burada Vüqarla söhbət edəndən sonra dedim ki, sizin mənə borcunuz var, Qərib də ortalıqda yoxdu, öyrəndim ki, uçub Türkiyəyə-İstanbula, ordan da Moskvaya. Nə isə dedilər get Qəribi tap. Mən də dedim ki, gedin özünüz tapın. Qoyun sizin, bərbər sizin, mənim işçim deyil ki, sizin işçiniz olub, mənim işçim olsaydı mən tapardım. Nə isə Qərib 3 gündən sonra Azərbaycana gəldi. Qəriblə görüşdüm, dedi mən hər şeyin açıqlamasını verecem onlara. Dedim sən özün bilərsən. Mənim sənə borcum yoxdu ki? Düzdü?   Qardaşı da gəlmişdi Qəribin dedim sənin mənə nə qədər borcun var de, bilsinlər. Qayıtdı ki, bir belə. Hardasa 145 min manat. 140-145 min, 100 min də dostum sənə pul verib. Dostum vardı ona demişdim vermişdi. Dostum pulu qazanca vermişdi. Ayı 4 mindən dedim ki, düzdü? qayıtdı ki, bəli. Ondan düzdü, artıq 5 min almışam, qalanı durur. Yəni 65 mini belə deyək Qərib ödəyib mənə. Atasının 7-ci mikrorayondakı evini verib mənə satmışam, yəni evnən ödəşmişik, qalan məbləği də dedilər ki, Əsabil müəllim deyirdi ki, işçini işdən çıxarıb, get Qəribdən al.    Mənim onlardan tələbim budur ki, mənə olan 75 min dollar borcumu qaytarsınlar. Hec yana şikayət etməmişəm. Özlərinə teleqrama vurmuşam, cənab Prezidentə teleqrama vurmuşam, sürəti vəkildə var, lazım olsa alaram, ondan sonra Mehriban xanıma teleqrama vurmuşam bir də Milli Məclisin sədri Oqtay Əsədova müraciət etmişəm mənə cavab gəlmiyib. Mənə Yasamal rayon İcra hakiminin şöbə müdiri zəng edib. Deyib görüşək? Demişəm görüşək, nə işlə bağlı? Dedi Əsabil Qasımovla bağlı. İl yarım, iki ildir o teleqramanı vurmuşam. Dedim siz yox, Əsabil Qasımov, yaxud qardaşı gəlsin görüşək. Belə görüşmürəm. O, deyəsən adı Faiq idi vəkili çabırdı, o da dedi ki, burda qondarma işlər var və s.    Dedim qondarma işlər var çıxsınlar ortaya Qəribi gətirsinlər məsələni aydınlaşdıraq. Qərib bundan əvvəl bağ evinin də sənədin məndə girov kimi qoymuşdu ki,  pul vererik, bir gün də gəldi ki, anam (10 ildi onların artıq hamısın beş barmağım kimi tanıyıram) xəstədi, narahatdı bəlkə sənədi verəsən aparam, anam narahat olmasın. Bağ evinin sənədlərin verdim ki, apar mənə görə kiminsə həyatı pıç olmasın, kimsə həyatın dəyişməsin.    Bu yaxınlarda belə bir məsələ oldu, Qərib mənə gizli nömrə ilə zəng vurdu ki, belə- flan, dedim bəli, mən eləmişəm bu da olunub. Qərib ölkədədi, yəni Əsabil müəllimlə qardaşı (Qəribin familyası Əmiralanov) Qəribin bacısı Vüqarın yoldaşıdı təbii ki, münasibətləri var, görüşürlər Əsabil müəllimlə də həmçinin.   Sizdən xahiş edirəm bu məsələni ictimailəşdirərək pulumun qaytarılmasına köməklik göstərəsiniz." Məsələ ilə bağlı deputat Əsabil Qasımovla əlaqə yaratmağa çalışsaqda, bu istəyimiz alınmadı. Bu şikayətlə bağlı qarşı tərəfində mövqeyin yaymağa hazırıq. Mövzu ilə bağlı araşdırmamız davam edir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam