Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Bu gün parlament seçkiləri keçirilir

 

Bu gün V çağırış Azərbaycan Milli Məclisinə seçkilər keçirilir. 
Xeberinfo.com:  Məlumata görə, seçkilərdə 125 yer uğrunda 767 deputatılığa namizəd mübarizə aparacaq.

Deputat mandatı uğrunda 15 siyasi partiyanın, 1 seçki blokunun və təşəbbüs qruplarının namizədləri mübarizə aparır. Hakim Yeni Azərbaycan Partiyası 116 seçki dairəsindən namizəd irəli sürüb. Namizədlərin bir hissəsi isə öz təşəbbüsləri ilə seçkiyə qatılıblar.

Səsvermə səhər saat 8:00-da başlayacaq, saat 19:00-da bitəcək.

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. 

Parlament seçkilərini izləmək üçün 66 mindən artıq yerli müşahidəçi qeydiyyatdan keçib. Mərkəzi Seçki Komissiyasında 2 619, dairə seçki komissiyalarında isə 63 mindən artıq müşahidəçi qeydə alınıb.

Səsvermə prosesini 501 beynəlxalq müşahidəçi izləyəcək. Onlar 27 beynəlxalq təşkilatı və ölkəni təmsil edirlər.

Eyni zamanda, parlament seçkilərində 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. 

Bundan başqa, parlament seçkilərində 4 təşkilat "exit-poll" keçirəcək. Bu məqsədlə Mərkəzi Seçki Komissiyası "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası və "RƏY" Monitorinq Mərkəzi qeydə alınıb.

Seçkiləri 27 beynəlxalq kütləvi informasiya vasitəsinin 42 nümayəndəsi izləyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam