Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Lənkəran və Masallı su altında – VİDEO

 

2bfd857b2e42dabd491de57a576f093b

Gecə saatlarından başlayan güclü yağış yenidən Lənkəran və Masallı rayonlarında problemlərə səbəb olub.

"Xeberinfo.com":   APA TV-nin cənub bürosunun məlumatına görə, hər iki rayonun bir sıra yaşayış məntəqələrində evləri, həyətyanı və əkin sahələrini su basıb.
Leysan nəticəsində Lənkərançayda və bölgədəki digər çaylarda, kanallarda və arxlarda güclü selin əmələ gəlməsi nəticəsində Yuxarı Nüvədi və Sütəmurdov kəndlərində sahilyanı evlər su altında qalıb, həmin ərazidə 18 ailə köçürülüb. Bürcəli çayının daşması nəticəsində isə 15 evi və həyəti su basıb. Şürük kəndində kiçik çayların daşması nəticəsində isə 20 ev su altında qalıb.
İstisu qəsəbəsində də çayın daşması nəticəsində çay sahili evləri su basıb. Nəticədə 100 ailə köçürülüb. Qəsəbənin mərkəzində Lənkəran-İstisu-Havzava yaşayış məskənlərini birləşdirən yeganə magistral avtomobil yolu üzərindəki dəmir-beton konstruksiyalı, Havzava kəndində isə digər dəmir-beton konstruksiyalı körpü uçub.
Girdəniçayın daşması nəticəsində 200 evin sakinlərinin köçürülməsinə başlanıb. Selin səviyyəsi artmaqda davam edir.
Vilvan kəndi ərazisində Vilvançayın daşması nəticəsində 50-yə yaxın ev su altında qalıb, çayın üzərindəki dəmir-beton konstruksiyalı körpünün bir hissəsi uçaraq yararsız vəziyyətə düşüb, nəticədə 120-dən çox ailənin yaşadığı məhəllə ilə əlaqə kəsilib.
Veravul çayında selin səviyyəsi çox qalxdığından, Lənkəran-Masallı magistral avtomobil yolu üzərindəki körpü qəzalı vəziyyətə düşüb. Tuədo kəndində dağlardan gələn sel suları nəticəsində avtomobil yolu bağlandığından, yaşayış yeri ilə nəqliyyat əlaqəsi kəsilib.
Jidi-Gəgiran kəndləri arasında torpaq uçqunu nəticəsində kəndarası yol bağlanıb, üç piyada körpüsünü sel yuyub aparıb. Girdəni kəndi ilə İstisu qəsəbəsini birləşdirən yeganə magistral avtomobil yolunun bəzi yerləri yarğanların uçması nəticəsində istifadə üçün təhlükəli vəziyyətə düşüb. Havzava kəndi ərazisində Havzava gölünün qoruyucu bəndinin isə aşmaq təhlükəsi yaranıb. Siyobili kəndində avtomobil körpüsünü sel dağıdıb.
Sel suları həmçinin rayonun Şağlaser, Xarxatan, Cil kəndlərinin, həmçinin qonşu Masallı rayonunun Mahmudavar, Mollaoba kəndlərinin, Boradigah qəsəbəsinin sakinlərinə də ciddi ziyan vurub.
Lənkəran sakini Sədaqət Nurullayev: “Mallar nə gündədir, hamısını su aparıb”.
Lənkəran sakini Xəzangül Əzimova: “Bir kisə un almışdım, onu da su aparıb. Uşaqlar dərsə gedə bilmir”.
Masallı sakini Fatma Nəhmətova: “Hər yeri su basıb. Çörək də bişirə bilmirik. Uşaqlar dərsə gedə bilmir”.
Yerli icra strukturları tərəfindən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməkdədir.
Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam