Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Eldar Mahmudovun ailə üzvləri Azərbaycanı tərk etdi

Eldar Mahmudovun ailə üzvləri Azərbaycanı tərk etdi
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə üzvləri Azərbaycanı tərk edib

"Xeberinfo.com":   Məlumata görə, bu barədə İstiqlal.az-a daxil olan məlumatda bildirilir ki, Eldar Mahmudovun ailə üzvləri, həmçinin qayınatası keçmiş nazir işdən çıxarılmamışdan bir neçə gün əvvəl Azərbaycandan çıxıb. 

Məlumat üçün deyək ki, prezident İlham Əliyev Eldar Mahmudovu oktyabrın 17-də tutduğu vəzifədən azad edib. Bununla paralel olaraq Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) Milli Təhlükəsizlik Nazirliyində (MTN) əməliyyat keçirib. Rəsmi məlumatlara görə, qurumun 7 əməkdaşı həbs olunub.

Eldar Mahmudovun ailə üzvlərinin və qayınatasının hansı ölkəyə getməsinə gəlincə, bildirilir ki, onlar Danimarkadadır.

Məlumatlı mənbənin sözlərinə görə, onların ölkəni tərk etməsi "MTN işi" ilə bağlıdır. Qaynağımız deyir ki, Eldar Mahmudov işdən çıxarılacağını bilirmiş. Hətta onun MTN-lə bağlı baş verənlərdən bir müddət əvvəl istefa ərizəsi yazdığı iddia olunur. Lakin prezident onun ərizəsini qəbul etməyib. Bundan sonra Eldar Mahmudov ailə üzvlərini ölkədən çıxarıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam