Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Varlığımızı qoruya bilmirik!

                           Fərman Kərimzadə anıldı

 

"Xeberinfo.com":   Bu günlərdə böyük Bəxtiyar Vahabzadənin "Ana dilim" şeirini təkrar oxudum və dilimizin bu günkü durumu ürəyimi ağrıtdı.Bu ağrını qələmə alıb oxucularla bölüşmək istədim. Zaman- zaman dahi insanlarımızın dilimizin saflığı, təmizliyi uğurunda apardıqları mübarizə unudulub, yaddan çıxarıldığı ürəyimin başını göynədir. Keçən əsrin ortalarında xalqı, milləti üçün böyük işlər gördüklərinə görə ümumxalq sevgisi qazanmış İman Mustafaeyevin və Mirzə İbrahimovun xidmətlərini unudanlar,unutmayanlar var. Azərbaycan ədəbiyyatında silinməz izlər qoyan Mirzə İbrahimov Respublika Ali Soveti Rəyasət Heyətinin Sədri kimi ölkənin idarə və müəssələrində Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi haqqında tarixi fərman imzalamışdı. Özü də bu o vaxt idi ki, Sovetlər Birliyi dünyaya meydan oxuyurdu, rus şovinizmi tuyğan edirdi.

   Dilimizin gələcəyi təkcə o vaxtlar İman Mustafayevin, Mirzə İbrahimovun fədəkarlıqları ilə bitmədi. Sonralar bu yolda bütün gücünü ortaya qoyan Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulu Türk və neçə-neçə fədəkarlar yetişdi. Dilimizin böyüklüyünə,gözəlliyinə, musiqililiyinə şairlər şeirlər, poemalar həsr etdilər, alimlər araşdırmalar aparıb samballı elmi məqalələr yazdılar. Həttda bu dilin necə şirin, musiqili olduğunu xarici millətlərin alimləri, şair və yazıçıları da etiraf edirdilər.

   Bu gün Nə İ.Mustafayev, nə M.İbrahimov, nə B. Vahabzadə, nə də alovlu turbin X.Rza var.Onlar haqq dünyasındadırlar, Allah hər birinə rəhmət eləsin, qəbirləri nurla dolsun.

   Bu gün onların ruhları rahatlıq tanmır, narahatdır. Ona görə ki, can qoyduqları, saflığı, təmizlikləri yolunda savaşlarda olduqları dillərinin durumu yaxşı, ürək açan deyil. Sahibsizmiş kimi gündə başına min oyun açırlar.

   Günü-gündən artan şadlıq evləri, ticarət obyektləri və iaşə ocaqları dilimizə yabançı adlarla adlandırılır. Yəni biz o qədərmi manqurdlaşmışıq ki, anamızın dilinə bu qədər biganəyik? Hardan, kimlərdən gəldi bu mərəz, İlahi?! Niyə dərsliklərimizdə dilə yatmayan, qulağı oxşamayan sözlər yazılır? Bu günün uşaqları soyuducu, eyvan, dolab və s. kimi neçə-neçə sözləri birinci dəfə eşidirlərmiş kimi gözlərini döyürlər.

   Mənə elə gəlir ki, bir az da belə davam eləsə müqəddəs ana dilimiz o qədər yabançı sözlərlə dolacaq ki, sonra onları heç cür təmizləyə bilməyəcəyik. Təcili həyacan təbili çalmaq və dilimizi qorumaq üçün bir dövlət qurumu yaratmalıyıq.Yoxsa biz kimliyimizi unudacayıq.

 

                                       

Məhərrəm Şəmkirli 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam