Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Baş məşqçilər AFFA-ya yığışdılar

 

 

 

   
      "xeberinfo.com": Bu gün AFFA-nın Futbol Akademiyasında baş katib Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri - Qurban Qurbanov (Qarabağ), Böyükağa Hacıyev (Neftçi), Kaxaber Sxadadze (İnter), Mustafa Dənizli (Xəzər Lənkəran), Georgi Çixradze (Simurq), Vaqif Sadıqov (AZAL), Güvenç Kurtar (Rəvan) və Aqil Məmmədov (Sumqayıt) - ilə görüşüb. 

     Məlumata görə, milli komandanın baş məşqçisinin köməkçiləri, AFFA-nın texniki direktoru, müxtəlif yaş qruplarından ibarət yığma komandaların baş məşqçiləri və klub rəsmilərinin də iştirak etdiyi görüşdə İcraiyyə Komitəsinin Topaz Premyer Liqasının 2014-2015-ci il mövüsümü üçün legioner limiti ilə bağlı qəbul etdiyi qərarla bağlı məşqçilər fikirlərini bildirib, İK-nın martın 7-də keçiriləcək iclasında məsələyə bir daha baxılması barədə təkliflər səsləndirib, legioner limiti ilə bağlı müxtəlif variantlar müzakirə olunub.

   Millinin baş məşqçisi Berti Foqts, həmçinin iclasda iştirak edən hər bir klub məşqçisi legioner limiti və ümumilikdə ölkə futbolunun inkişafı ilə bağlı fikirlərini səsləndirib, təkliflər irəli sürüb. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam