Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Bakıya işləyən taksilərə ayrıca lisenziya verilməlidir"

 

Rayon qeydiyyatında olan avtomobillərinin Bakıya buraxılması ilə bağlı yeni qaydaların tətbiq edilməsi təklif edilir.

"Xeberinfo.com":  Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev bildirib ki, ola bilər ki, avtomobillərin Bakıya buraxılmaması kiminsə korporativ maraqlarına kömək edəcək: “Amma bizim rayon camaatının çoxu burada əziyyət çəkir. Belə çıxır ki, Azərbaycan vətəndaşı taksi ilə Bakıya gələ bilməz”.

M.Quliyev deyib ki, burada ortaq bir variant tapılmalıdır: “Rayondan Bakıya işləyən taksilərə ayrıca lisenziya verilməlidir. Rayondan gələn taksi sürücüləri artıq bunun həlli yolunu tapıb. Lisenziyanın haqqını yolda dayananlara ödəyib gəlirlər. Yaxşı olardı ki, bu vəsait dövlət büdcəsinə ödənilsin. Bəzi məmurlarımız və hətta millət vəkilləri var ki, onların avtomobilləri rayon qeydiyyatındadır və Bakıya gəlməkdə problem yaranır. Hesab edirəm ki, Nazirlər Kabinetinin bu qərarına yenidən baxılmalı və deyilən nöqsanlar aradan qaldırılmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam