Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

87-də icra başçısının qohumbazlığı!

                        

 

Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev namizəd qohumuna mandat alacağına söz verib?

“Xeberinfo.com”:   87 saylı Ağsu-İsmayıllı seçki dairəsində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, DSMF Ağsu rayon şöbəsinin müdiri Əliyunis Mütəllimovun inzibati resurslardan yararlanması ilə bağlı məlumatlar var. Məlumat üçün qeyd edək ki, Milli Məclisə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən 8 namizəd qeydə alınsa da, əsas mübarizənin YAP-nın namizədi Əliyunis Mütəllimovla “Vəhdət” Partiyasının sədri Tahir Kərimli arasında getdiyi bildirilir. Tahir Kərimli bu regionda nüfuzlu fiqur kimi qəbul olunur. Adının indiyədək hansısa korrupsiya faktında, qalmaqalda hallanmaması Tahir bəyin reputasiyasının təmizliyini stimullaşdıran amillərdir. Elə bu səbəblərdən də, onun reytinqi yüksək dəyərləndirilir...

Tahir Kərimlidən fərqli olaraq Əliyunis Mütəllimov haqqında əks məlumatlar dolanmaqdadır. Ağsu rayonundan “xeberinfo.com”a verilən məlumatlara görə bugünə qədərki fəaliyyəti ilə Əliyunis Mütəllimov yerli camaat arasında rüşvətxor, rəhmsiz biri kimi tanınır. Xatırladım ki, Əliyunis Mütəllimov Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin və deməli həm də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yaxın qohumudur. Məhz bu qohumluq əlaqələrinin sayəsində o rayon səviyyəsində yüksək sayılan müxtəlif vəzifələrə sahib ola bilib. Sonuncu postdan əvvəl isə Ağsu rayon əhalinin sosial müdafiəsi mərkəzinin direktoru olub. Hörmətli Səlim Müslümovun nazir təyinatından sonra isə DSMF-nun müdiri vəzifəsinə transfer olunub. Nazir və icra başçısı kimi “krışa”sının olması səbəbindən də Əliyunis Mütəllimov işlədiyi bütün vəzifələrdə sözün əsl mənasında “qaz vurub-qazan doldurub”. Məlumata görə hər bir iş üçün onun öz “taskı”sı olub və var. Başqa sözlə kimliyindən asılı olmayaraq, ona çatası olan çatmalıdır. Bu haqda indiyədək də müxtəlif dövrü mətbuatda konkret faktlarla yazılıb... 

Təəssüf ki, son zamanlar ölkə rəhbərliyinin anti-korrupsiya, şəffaflıq istiqamətindəki tədbirlərini nə Ağsu rayon rəhbərliyi, nə də Əliyunis Mütəllimov görmək istəmir. Hətta o dərəcədə ki, Ənvər Seyidəliyev bütün vasitələrlə yaxın qohumunu mandat sahibi etməyə çalışır. Həm də açıq şəkildə. Əldə etdiyimiz məlumatlara görə seçicilərin kütləvi narazılığına baxmayaraq, icra başçısı inzibati resursları Əliyunis Mütəllimovun xeyrinə səfərbər edib. Bütün kənd icra nümayəndələri çəkinmədən əhali arasında Əliyunis Mütəllimovun təbliğatını aparır, insanları təzyiqlə onun görüşünə toparlayırlar. Ona səs verməyəcək şəxsləri isə müxtəlif yollarla müəyyənləşdirib, cəzalandıracaqlarını deyirlər...

Bu istiqamətdə sadalanan faktları dəqiqləşdirə bilmədiyimizdən hələlik yaza bilmirik. Təəssüf ki, hörmətli Əliyunis Mütəllimovla telefon əlaqəsi yarada bilsək də suallarımıza cavab ala bilmədik.             

 

Nazim        


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam