Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Hökümət sabit vergi rejimini hər il pozur”


“Azərbaycanda vergi dərəcələrində hər il dəyişikliklər edən və bununla bağlı müzakirələrə 3 ay əvvəldən başlayan hökümət vergi ödəyicilərinin maraqlarını nəzərə almadan sabit vergi rejimini hər il pozur”. 

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu Milli Məclisdə müzakirə olunan “Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi”nə münasibət bildirərkən deyib.

“Qazaxıstanda da vergi siyasəti ilə bağlı müzakirələr gedir. Onlar dəyişiklərin anonsunu növbəti il üçün deyil, 2017-ci il üçün elan ediblər. Bu ölkədə islahatlar 3 istiqamətdə aparılır: 1) Fərdi sahibkarlar üçün tam patentləşdirmə; 2) kiçik və orta biznes üçün xususi imtiyazlı vergi rejimi; 3) Digər təsərrüfat subyektləri üçün umumi rejim. 
Bundan əlavə vergi və sığorta ayırmalarında artım planlaşdırılır. Belə ki, 2017-ci ildən pensiya ayırmalarında 5 faiz, tibbi sığorta ayırmaları 2 faiz, gəlir vergisi 1 faiz artırılacaq. Burda diqqəti çəkən məqamlar ondan ibarətdir ki, qazaxlar vergi islahatında fərdi sahibkarlar, kiçik və orta biznes üçün xususi imtiyazlı vergi rejiminə keçir; vergi dərəcələrində dəyişiklikləri növbəti il üçün deyil, 2017-ci il üçün 1 il 3 ay əvvəlcədən elan edirlər”. 

Q.İbadoğlunun sözlərinə görə, Azərbaycanda gələn ildən sadələşdirilmiş vergi dərəcəsi ticarətdə 1,5 dəfə, ictimai iaşədə 2 dəfə, mədən vergisinin dərəcəsi 2 dəfə artırılır. 

“Amma bu son deyil. Ona görə də bu və digər səbəblərdən vergi orqanlarına vergi ödəyicinin eyniləşdirmə nömrəsinə xitam vermək və ya 5 il ərzində dayandırmaq üçün müraciət edənlərin sayı getdikcə artmaqdadır. 
Odur ki, hesab edirəm ki, hazırkı dövrdə fərdi sahibkarlar, kiçik və orta biznes üçün xususi imtiyazlı vergi rejiminə keçid, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyicilərinin hüquqları və qanuni mənafelərinin qorunması, eləcə də vergi orqanlarının səlahiyyətlərinin optimal nisbətinin gözlənilməsi ilə onlarla sahibkarlar arasında kontaktın minumumlaşdırılması sahəsində islahatlar vergi siyasətinin əsas xəttini təşkil etməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam