Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qüdrət Həsənquliyev NATO PA qrupunun toplantısında çıxış etdi

Bu gün Norveçdə Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (Alliance of European Conservatives and Reformists - AECR) NATO Parlament Assambleyasındakı (PA) qrupunun toplantısı olub.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə APA-ya Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev məlumat verib.


Q. Həsənquliyev bildirib ki, rəhbəri olduğu BAXCP qurumun üzvlüyünə namizəd olduğu üçün o da toplantıda iştirak və çıxış edib.

Millət vəkili qeyd edib ki, toplantıda Suriyadakı hazırkı durum və müzakirələrin yekunu olaraq qətnamə qəbul olunub. Qətnamədə Avropaya yönəlmiş qaçqınların durumu, xüsusilə Suriyadan gələnlərlə bağlı da çağırışlar yer alıb.

Xatırladaq ki, bu ilin may ayında Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Londonda keçirilmiş illik konqresində partiyanın bu qurumun üzvlüyünə namizədliyi qəbul olundu. Bu il noyabrın 14-də isə Tunisdə keçiriləcək toplantıda partiyanın quruma üzv olması məsələsinə baxılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam