Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bakıda evlərin bahalaşacağı gözlənilir

 

Bakının əmlak bazarında yeni qiymət təlatümü gözlənilir. 

"xeberinfo.com": Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib.

      Ekspertin fikrincə, keçmiş Sovetski adlandırılan ərazidən 10 minə yaxın ailənin köçürülməsi planı əmlak bazarına yeni axının yaranmasına gətirib çıxaracağı gözlənilir: "Evlərin köçürülməsi fondunda yalnız nağd kompensasiyaların ödənilməsi “yeni evsizlərin” mənzil axtarmasına səbəb olacaq. Bu isə artıq 10 min alıcı deməkdir. Paytaxtın əmlak bazarına qısa zamanda minlərlə alıcının daxil olması isə birmənalı şəkildə tələbin yüksəlməsinə və nəticədə qiymət artımlarıa gətirib çıxaracaq.
    Bu baxımdan, ötən il mənzil bazarında müşahidə edilən artımlarının 2014-ci ildə də davam edəcəyi gözlənilir. Müstəqil hesablamalara görə, 2013-cü idə paytaxtın mənzil bazarında 12 faizə yaxın qiymət artımları qeydə alınıb. Eyni zamanda, bu artımların sadəcə tələbatın artmasl deyil, eyni zamanda bazara dolayı olsa da nəzarət edənlərin süni alətlərdən istifadə etməsi nəticəsində baş verir".

    Vüqar Bayramovun sözlərinə görə, kompensasiyaların məbləğini nəzərə alaraq Bakıda mərkəzə yaxın rayonlarda əsas 2 otaqlı mənzillərə, nisbətən kənar ərazilərdə isə 3 və daha çox otaqlı evlərə tələbatın artacağı gözlənilir. Kompensasiya məbləğlərinin şəhərin mərkəzindəki evlərə tələbat yaratmamasına baxmayaraq əmlak bazarındakı qiymət artımları paytaxtın mərkəzi hissələrinə də nüfuz edəcəyi proqnozlaşdırılır.

    O, bildirib ki, son ev köçürmələri bazara iqtisadi təsir göstərməklə yanaşı eyni zamanda psixoloji olaraq da qiymət artımlarını şərtləndirəcək: "Belə ki, bi il üçün proqnozlaşdırılan qiymət artımlarından ehtiyatlanan potensial alıcılar daha qisa zamanda, yəni gözlənilən qiymət yüksəlmələri baş vermədən öncə, mənzil problemii həll etməyə çalışacaqlar ki, bu da mənzil bazarında əlavə tələb formalaşdıracaq. Təbii ki, bu da qiymətlərin yüksəlməsini tezləşdirməklə yanaşı daha ciddi artımlara gətirib çıxaracaq. Digər tərəfdən, mənzil bazarındakı “dillerlərin” evlərə görə konpensasiyanın ödənilməsi faktından yararlanaraq süni şəkildə qiymət artımlarına gedəcəyi güman edilir. Artıq mənzil bazarında süni qiymət artımları müşahidə edilməkdədir. Kompensasiyaların məbləği hələlik hesablanır, ödənişə yeni başlanılır amma bazarda qiymət artımları müşahidə edilir".

    Bakının yeniləşməsinin qiymət artımlarına gətirib çıxarmaması üçün Vüqar Bayramov  təklif də irəli sürüb: "Vətəndaşlara nağd şəkildə kompensasiyalar deyil, onların sökülən evlərinin müqabilində uyğun mənzillərin təklif edilməsi daha məqsəduyğunudr. Bu zaman, otaqların sayına uyğun olaraq yaxın ərazilərdə uyğun mənzil təklif edilə bilər. Oxşar təcrübədən Rusiya və Qazaxıstanda istifadə edilib. Bu zaman, dövriyyəyə nağd pul kütləsi və eyni zamanda bazara yeni alıcılar daxil olmur. Bu isə, paytaxtdakı yeniləşmə planlarının mənzil bazarına təsirlərini minimumlaşdırır". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam