Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Palmali”dən "İŞİD" açıqlaması

 

Rusiyanın nüfuzlu “Novaya qazeta” nəşri “İslam dövləti” (İŞİD) terror təşkilatının İraq və Suriyada ələ keçirdiyi neft yataqları fonunda sensasion iddia ortaya atıb.

"Xeberinfo.com":   Məlumata görə, bunların arasında zəngin ehtiyatlara malik əl-Ömər, Rakka, Deyr əs-Zor yataqları da yer alır. Habelə İraqın Kərkük şəhərindən Türkiyənin Ceyhan limanına uzanan neft kəməri də İŞİD-in nəzarətindədir. Bundan başqa, Suriya və Liman sahillərindəki limanlara neft nəqlinə imkan verən İSLP kəməri də işlək vəziyyətdədir.

Qəzet yazıb ki, İŞİD-in Türkiyənin Ceyhan limanına nəql etdiyi neft Ceyhan limanından azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali Shipping & Agency JSC” şirkətinə məxsus tankerlərlə daşınır. Nəşrin məlumatına görə, dünyanın aparıcı xüsusi xidmət orqanları bu haqda xəbərdardır.

Modern.az məsələ ilə bağlı qarşı tərəfdən münasibət öyrənməyə çalışıb. “Palmali” şirkətlər qrupunun vitse-prezidenti İbrahim Nəbioğlu iddialara belə cavab verib:

“Mənim o qəzetin elə bir məlumatından xəbərim yoxdur. Lakin deyə bilərəm ki, bütün bunlar şayiədən başqa bir şey deyil”.

Qeyd edək ki, Mübariz Mənsimov neft daşımalarında Türkiyə prezidenti Rəcəb Tayyib  Ərdoğanın oğlu Bilal Ərdoğanla ortaqdır.

Bundan əvvəl də Türkiyə mediasında Ərdoğan ailəsinin İŞİD neftini alıb-satdığına dair iddialar səslənib, ancaq Türkiyə rəhbərliyi bu məlumatları qətiyyətlə təkzib edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam