Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ermənilər Qazax sakinini yaraladılar

 

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə Silahlı Qüvvələrimizin mövqelərini və dövlət sərhədi boyu yerləşən kəndlərimizi müxtəlif çaplı silahlardan istifadə etməklə intensiv surətdə atəşə tutublar. 

"Xeberinfo.com":  Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 23-də gecə saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Kəmərli kəndinin atəşə tutulması nəticəsində mülki sakin Dursunova Esmira Aslan qızı yaralanıb. Göstərilən ilkin tibbi yardımdan sonra E.Dursunova Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. 
Ermənistan tərəfinin bu cür təxribat əməllərini həmişə olduğu kimi Azərbyacanda əlamətdar hadisələr, bayram günləri keçirildiyi vaxtda törətməsi məqsədyönlü xarakter daşıyır və məhz dövlət sərhədində Silahlı Qüvvələrimizi provokasiyaya cəlb etmək niyyətini güdür. 
Müdafiə Nazirliyi bildirir ki, düşməni susdurmaq məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən görülən təxirəsalınmaz və adekvat tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə güclü atəş zərbələri endirilib. Bir daha bəyan edirik ki, düşmən tərəfində baş verən itkilər və dağıntıya görə bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam