Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Mərkəzi Bank bankomatları nəzarətə götürdü

 

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə banklarına plastik kartların təhlükəsizliyini təmin etmək üçün ilin sonuna qədər vaxt verib.

 "Xeberinfo.com":   Məlumata görə, bu barədə bank sektorundakı mənbələrdən bildirilib.

Belə ki, AMB-in tələbinə əsasən yaxın 3 ay ərzində bütün bankomatlarda azı 2 kamera quraşdırılmalıdır. Bunlardan 1-i hesabından pul çıxarmaq istəyən şəxsin üzünü görmək (söhbət bankomatın güzgü hissəsindəki gözlə görünməyən kameradan gedir) üçün olmalıdır. Digər kamera isə bankomatdan pulun çıxdığı yeri nəzarətdə saxlamalıdır. Bu kameranın görüntüləri ən azı 6 ay müddətində saxlanılmalıdır.

Bundan başqa, AMB-nin tələbinə əsasən, bank kartlarına kənar müdaxilənin qarşısını almaq üçün bankomatlarda anti-skimminq avadanlığı quraşdırılmalıdır.

Məsələ ondadır ki, bəzən bankomata kənar şəxslər xüsusi materialdan hazırlanmış ağ rəngli plastik kart daxil edir və bununla da bankın müştərilərinə məxsus, bankomata salınan kartların göstəricilərini əldə edirlər. Kartın üzərindəki 16 rəqəmli nömrə, 3 rəqəmli CVV kodu, kartdan istifadə müddətinin hansı il, hansı ay başa çatacağı ilə bağlı məlumatlar ələ keçdikdən sonra onunla internetdə əməliyyat aparmaq mümkün olur. Buna görə də, banklardan bu istiqamətdə də təcili tədbirlər görmək tələb edilir. (fins.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam