Redaktor seçimi
Ağciyər Xəstəlikləri İnstitunda HƏQİQƏTdənkənar özününümayiş:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
ON İLLİYİN PROQNOZU –
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
DÜNYA 2018-ə 1,67 TRİLYONLUQ HƏRBİ BÜDCƏ İLƏ GEDİR-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Uzaqgörən siyasət nümunəsi
Günün xəbəri

Rəsul Çunayev dünya çempionu oldu - Video

 

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən dünya çempionatında Rəsul Çunayev erməni rəqibini məğlub edərək dünya çempionu adını qazanıb.
"Xeberinfo.com":   APA TV-nin məlumatına görə, İlk Avropa Oyunlarının qalibi, 71 kq çəkidə mübarizə aparan Rəsul Çunayev finala qədər yüksələ bilib.
İlk olaraq Monakdon Frank Hassli üzərində qələbə qazanan Rəsul ardınca Rusiya təmsilçisi Adam Kuraka heç bir şans verməyib. Yerli azarkeşlərin güclü dəstəyinə rəğmən, ABŞ təmsilçisi Castin Daşaun Lesteri də tam üstünlüklə məğlub edən Rəsul yarımfinala yüksəlib.
Finalın bir addımlığında Belarus güləşçisi Tsimur Berdiyevi də tam üstünlüklə məğlub edən Rəsul Çunayev finalda Ukrayna təmsilçisi Armen Vardanyana qalib gələrək, dünya çempionatının qızıl medalına sahib olub.
Qeyd edək ki, Las Veqasda keçirilən dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılıb.
İlk iki yarış gününün yekunlarına əsasən, güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib.

 


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr