Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

İPhone satışında sensasion maxinasiya

 

ABŞ-ın məşhur “Apple” şirkətinin məhsullarının idxalı və satışı ilə məşğul olanlar rəsmən etiraf ediblər ki, bu şirkətin Azərbaycanda satılan telefon və planşetləri zavod istehsalı deyil.

"Xeberinfo.com":   Məlumata görə, Azərbaycan istehlakçılarına indiyə qədər yeni İPhone adı altında, özü də çox yüksək qiymətə yalnız “refurbished” (bərpa olunmuş) “Apple” smartfonları satılıb.

Virtualaz.org saytı xəbər verir ki, yenilənmiş cihazların satışı proqramı “Apple” şirkətində çoxdan var. Şirkət belə cihazları həm də öz internet mağazası vasitəsilə realizə edir. Məsələn, ABŞ-da belə mağazalar var.

“Sanki yeni iPhone kimi” bu, “Apple” şirkəti məhsullarının əvvəllər başqa ölkələrdə istehlakçılar tərəfindən istifadə olunmuş, sonradan bərpa prosesini keçmiş, yeni sahibini tapmazdan əvvəl korpus və ekranı dəyişdirilmiş bir cihazdır.

Özü də bərpa edilmiş iPhone-lərin qiyməti zavod istehsalı olan smartfonların qiymətindən çox aşağı olur. Məsələn, telefon “Apple Store” mağazalarında trade-in proqramı əsasında dəyişdirilə bilər. Yaxud onda lap əvvəldən qüsur ola bilər. Məsələn, dinamiki zay çıxa bilər. Müştəri istəyəndə bunu yenisi ilə əvəz edirlər. Sonra qüsuru olan cihazı zavoda qaytarır, orada onun dinamikini dəyişirlər. Bütün bunlardan sonra isə cihazın ekran və korpusu zavodda dəyişdirilir (çünki onlar əvvəlki sahibləri tərəfindən istifadə olunanda cızıla bilər).

Ən sonda bu məhsullar təzə adı ilə qablaşdırılır, qutuya isə yeni batareya və qulaqcıqlar qoyulur.

Şirkətin reklamlarında deyilir ki, iPhone-ləri “Apple” şirkətinin Azərbaycandakı yalnız aşağıda adları göstərilən rəsmi dilerlərindən ala bilərsiniz: “Alma Store”, “World Telecom”, “İntegral Plus”, “İrshad Telecom”, “Magnit”, “Music Gallery”, “Kontakt Home”, “Baku Electronics”, “Rentel”.

“İkinci əl” köhnə iPhone-lərin Azərbaycanda uzun illər ərzində satılması, özü də təzə telefon adı ilə və baha qiymətə satılması istehlakçıların hüquqlarının açıq-aşkar pozulması, alıcıların aldadılması, beləliklə də faktiki olaraq cinayət deməkdir. Əlinizdəki təzə saydığınız iPhone-yə diqqətlə baxın. Əslində isə siz yaxşı təmir olunmuş “ikinci əl” telefon işlədirsiniz...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam