Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Babəkin, Xətainin xidmətlərini danmaq Azərbaycanın tarixini, dövlətçiliyini danmaqdır"

 

"Nazirin oğlu Amerikada tədbir keçirib deyir ki, kömək edin, atam prezident olsun"


"Xeberinfo.com":   Məlumata görə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev İnform.az-ın tariximizlə bağlı suallarını cavablanıdırıb. 

- Bəzi siyasətçilər efirlərdə, mətbuatda tarixi şəxsiyyətlərimiz – Babək, Xətai, Nadir şah və digəriləri haqqında onları tənqid edən fikirlər səsləndirirlər. Buna necə baxırsınız, onlar tarixi şəxsiyyətlərimizi ittiham etməklə doğrumu hərəkət edirlər? 

- Qətiyyən. Mən bilirəm hansı məsələ barəsində deyirsiniz. Həmin insanlar istəyirlər ki, adını çəkdiyiniz o tarixi şəxsiyyətlərimizi özləri bilən səviyyədə təqdim etsinlər. Onları ittiham edən adamların özləri o tarixi hez düz-əməlli oxumayıblar, bəlkə də onların fəaliyyətlərinin nədən ibarət olduğunu da dəqiq bilmirlər... 
Bu gün ölkədə bir qrup adını sədr qoyan siyasi alverçilər yetişib. Yəni, o adamlar çörəklərini burdan qazanırlar. Onları da yaxşı tanıyırıq. Bunlar hər zaman başlarından yekə danışırlar, boylarından ucaya tullanmağa cəhd edirlər. Həmin bu insanlar efirlərdən Babək, Xətai və digər sərkərdələrimiz haqqında olmazın sözlər deyib, onların xidmətlərini danırlar. Bu kimi insanlar var və ən qəribəsi də odur ki, onlar özlərini hamıdan ağıllı hesab edirlər. İnan ki, onlar bədbəxt adamlardırlar.
Yeri gəlmişkən, bəzi “siyasətçilər” durub Azərbaycanın müstəqilliyini başqa fonda yozmağa cəhd edirlər. Belə olanda da düşmən bunların bu sözlərindən tutub üstümüzə gəlir. Yəni, düşmənin əlinə “kozır” verirlər. Ancaq biz deyəndə ki, Azərbaycan dövləti əsrlərdir var və bu dövlətin də qəhrəman sərkərdələri, siyasi xadimləri olub. Bütün bunları ortaya qoyanda əlbəttə ki, düşmən susub öz qınına çəkilər. Yəni, bir sözlə, düşmənin əlinə fürsət vermək olmaz. Bütün bunları edənlər də dünən meydana çıxmış uşaqlardır. 

Azərbaycanın bayrağını Vaşinqtonda Şarlton otelində ilk dəfə mən qaldırtdırmışam


Onlara sual vermək lazımdır ki, sən bu ölkə üçün nə edibsən? Bəzən mənə sual verirlər ki, “Hafiz Hacıyev, sən kim olubsan?” Mən də deyirəm ki, nazir olmuşam, 55 ton qara kürü istehsal edib Azərbaycanı dünyada tanıtmışam. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan tarixində ilk və son dəfə o qədər kürü istehsal edilib. Azərbaycanın bayrağını Vaşinqtonda Şarlton otelində ilk dəfə mən qaldırtmışam, Hafiz müəllim Paşayev şahiddir, o dövrdə bizim Amerikada səfir idi. BMT-də ilk dəfə çıxış edənlərdən biri mən olmuşam. Bax, Hafiz Hacıyev bu adamdır. Bəs bizim görkəmli tarixi şəxsiyyətlərimizə, şairlərimizə böhtan, şər atanlar kim olub? Heç kim! Onların tarixini gözəl bilirik. Heç kim bilməsə də, Hafiz Hacıyev çox şey bilir. Ad çəkmirəm, onların bəziləri yüz yerə işləyib, siyasətçiləri aldadıb, pulunu yeyən insanlardır. Yəni, bu kimi insanların ağzından vurmaq lazımdır ki, yerlərində otursunlar. Əgər biz bunları yerlərində oturtmasaq, Azərbaycana çox ziyan vuracaqlar. Hamını dana-dana gedək, bəs bizim tariximizdə istinad etmək üçün sağlam yerimiz yoxdurmu?!

Babəkin, Xətainin xidmətlərini danmaq Azərbaycanın tarixini, dövlətçiliyini danmaqdır


- Bunlara gərək varmı? 

- Bilirsiz necədir, bunlar bu hərəkətləri etməklə yaltaqlanırlar. Yəni, o adamların da çörəyi ondan çıxır, qınamağa dəyməz... 
Bu gün telekanallarımız da mövzu tapmır, oradakı aparıcılar da heç bilmirlər nə danışırlar. Çıxarırlar efirə iki-üç nəfəri və Babəki, Səməd Vurğunu, keçmişdə xidməti olan şəxsiyyətləri müzakirə edirlər. Bir soruşan gərəkdir ki, sən kimsən onlar haqda bu formada danışırsan?! Keçmişə xələl gətirməyə gərək yoxdur. O bizim keçmişimizdir. Babəkin, Xətainin xidmətlərini danmaq Azərbaycanın tarixini, dövlətçiliyini danmaqdır. Amma bu adamlar bunu etməklə neyləmək istəyirlər, anlamaq olmur. Belə konfliktlərə qoşulmaq istəmirəm. Torpaqlarımızın iyirmi faizi işğal altındadır, düşmənlərimiz çoxdur. Buna görə də gəlin, heç olmasa, tarixi şəxsiyyətlərimizə hörmətlə yanaşaq, onları yaşadıb, gələcək nəsillərə ötürək. 

- Bəzi elm və siyasət adamlarımız Nəriman Nərimanovu da qaralayıblar. Onlar iddia edirlər ki, Nəriman Nərimanovun Azərbaycan Demokratik Cümhuriyyətinin yıxılmasında rolu var. Siz necə düşünürsünüz? 

- 1990-cı ildə Azərbaycana rus qoşunlarını dəvət edən insanlar bu gün böyük vəzifələrdədir. Deməli, bunu onlardan məcburən tələb ediblər ki, sən teleqram vur, mən də qoşun göndərim 20 Yanvarda milləti qırsın. Axı, Nəriman Nərimanov bunu etmədi. Özü də ətrafında qeyri millətdən olan vəzifəlilər çox idi. Bunların içərisində Azərbaycan üçün böyük işlər görüb Nəriman Nərimanov. Çoxlarımıza məlumdur, Moskva ilə qırğına çıxıb, Azərbaycanın torpaqlarını Ermənistana verilməsinin əleyhinə olub. Bunları bilməyən adamlar indi niyə böyük-böyük danışırlar? O adamlar Nəriman Nərimanovun etdiklərinin bir faizini edə bilərlərmi? Dil pəhləvanı yox, əməl qəhrəmanı olmaq lazımdır. 

Bu adamlar sabah Elçibəydən tutmuş Heydər Əliyevə qədər olan Azərbaycan tarixini də danacaqlar...



- Mircəfər Bağırova da münasibət o qədər yaxşı deyil. Bəzilər onu “cəllad”, digəriləri də elə bir çətin dönəmdə Mircəfər Bağırovun Azərbaycan üçün etdiyi xidmətlərdən danışaraq onu qəhrəman adlandırırlar. Mircəfər Bağırov kim idi? 

- Mircəfər Bağırovun misilsiz xidmətləri olub Azərbaycan üçün. Bunu niyə qiymətləndirmirik? Bu adamlar sabah Elçibəydən tutmuş Heydər Əliyevə qədər olan Azərbaycan tarixini də danacaqlar. Xatırlayırsınızsa o vaxt Ensiklopediyanın yazılışında bir yanlışlığa yol verilmişdi. İlham Əliyev müzakirələrdə dedi ki, hələ mən burda oturmuşam siz belə edirsiniz, burda oturmasam nələr olar. Və enisklopediyanın baş direktorunu da vəzifədən kənarlaşdırdı – çox düzgün etdi. Siz baxın, Nərimanovların, Bağırovların xidmətlərini danan insanlar, sabah Elçibəyin, Heydər Əliyev və İlham Əliyevin də xidmətlərini danacaqlar. 
Əmim Bağırovun vaxtında katib işləyib. Sonralar əmim bizə Bağırovun Azərbaycan üçün gördüyü işlərdən, xidmətlərindən danışırdı. Səhfsiz insan yoxdur. Ancaq, həqiqətləri də demək lazımdır.

- Dəyərlərimizə sahib çıxmaq lazımdır... 

- Ermənilər deyir Koroğlu bizimdir. Farslar deyir Babək bizimdir... Biz öz qəhərmanlarımıza sahib çıxmadıqca, başqa millətlər sahib çıxmağa çalışacaqlar. Odur ki, keçmişi təhftiş etməkdənsə, dəyərlərimizə sahib çıxaq. Babəki, Xətaini, Nərimanovu və s. şəxsiyyətlərimizi qaralamaqla nəyə, kimə xidmət etmək istəyirlər. Onlar bu hərəkətləri ilə düşmənlərimizə “pas” ötürürlər. Niyə bir çox dünya dövlətlərində ölkəyə rəhbərlik etmiş şəxslərə abidə ucaldılır. Gəlin baxaq, bizdə necədir? Elə qaralamaqla məşğuluq. Yaxşı, bəs kim yaxşıdır? Hamının üstündən xətt çəkmək olmaz ki? Bu məsələrdə televiziyalarımız da çox zəif iştirak edir. Niyə efirlərdə tarixi şəxsiyyətlərimizə aid sənədli filmlər göstərilmir, niyə onların qəhrəmanlıqları təbliğ olunmur? Ona görə də milli ruhda gənclik zəifdir, azdır. Rəqsanənin qızı deyib ki, ayda 60 min xərcləyirəm. Ondan soruşmaq lazımdır ki, hardan alırsan o qədər pulu. Ancaq elə gənclər var ki, 6 manat tapmır ki, özünə bir şey alsın. Bunu görən gənclər də ruhdan düşür, əlləri soyuyur hər şeydən. Belə ucuz verilişlərin yerinə vətənpərvərlik ruhunu qaldıran verilişlər verilsə pismi olar? Ancaq heyif ki, verilmir. 

- Səfəvi və Osmanlı... Hər ikisi də güclü Türk dövləti idi. Amma çox vaxt bir-biri ilə çəkişiblər. Bunlar güclərini birləşdirsəydilər, qarşılarında durmaq mümkün olmazdı. Sizcə niyə birləşə bilmədilər? 

- Siz çox uzağa getdiniz... Ona görə birləşə bilmədik ki, bizlərdə bir daxili eqoizm var. Bunun görə də hər zaman itirə-itirə gəlmişik. Neçə ildir Qarabağ məsələsi öz həllini gözləyir. Bir çox dövlətlər bizdən hər şey tələb edirlər, “bunu belə edin”, “onu elə edin” kimi. Ancaq bu dövlətlərindən biri cəsarət edib çıxıb deyə bilmir ki, Dağlıq Qarabağ sizindir, gəlin torpaqlarınızı qaytarıb verək özünüzə. Deməli, burada başqa əllər var. Tarix boyu, heç kim istəməyib ki, Türk dünyası birləşsin...

Dağlıq Qarabağ işğal olunmaya bilərdi...


- Səfəvi-Osmanlı dan sonrakı tarixlərə nəzər salsaq...

- Həmişə elə olubdur. Hər zaman da bir yad barmağı olub. Bir də ki, mənəm-mənəmlik, geri salıb bizləri. Yəni, “sən mənə tabe ol”. Heç demədilər ki, gəlin, bir olaq. Özümüzü qəbul etməməyimizin nəticəsidir ki, tarixi torpaqlarımızı itirə-itirə gəlib bu vəziyyətə düşmüşük. Sizə bir fakt deyim. Dağlıq Qarabağ işğal olunmaya bilərdi. Niyə olundu? Ayaz Mütəlibov beş gün vaxt istədi ki, mənə vaxt verin, Qarabağ məsələsi həll olunur. Xalq Cəbhəsi, yəni biz də hakimiyyətə gəlməkdən ötrü Ayaz Mütəllibova imkan vermədik. Bu gözümün qarşısında olan faktdır. Keçmişə nəzər salsaq görərik ki, həmin məsələlərdir. Xalqlarımızın birinin sözü, o birisinin boğazından keçməyib. Ona görə də birləşə bilmədilər. Əgər onlar birləşib bir dövlət halında olsaydılar, heç rus da başımıza bu oyunları aça bilməyəcəkdi. Kəsəsi, bu mənəm-mənəmlik bizim evimiz yıxıb. Ona görə də itirə-itirə getmişik. 

- Qafqaz İslam Ordusu 1918-ci ildə Azəbaycana köməyə gəldi...

- Bəli. Baxın, görürsünüzmü, bir balaca birləşən kimi, böyük uğurlar qazanmaq olurmuş... 

- Deyirlər bu günlərdə “Meydan” Tv-də Qafqaz İslam Ordusunu işğalçı adlandırıblar. 

- Bu televiziya təxribatla məşğuldur. İndir durub Nuru Paşaya böhtan atırlar. Onların bu hərəkəti Azərbaycanı sevən insanları dövlətdən narazı salmaqdır. Qərbin əli ilə Azərbaycanda çaxnaşma salmaq istəyən bir televiziya bunu deyirsə ki, Qafqaz İslam Ordusu işğalçıdır, daha mənim sözüm yoxdur. 

- Bu TV niyə Nuru Paşaya heykəl qoyulmasını demir? 

- Bunu deməzlər axı. Bax, burada da daxili eqoizmləri imkan vermir ki, tarixi şəxsiyyətlərimizin adını anaq, Azərbaycanı düşməndən xilas edən insanların adını çəkək. 
Yeri gəlmişkən, götürün orta məktəblərdə tədris olunan “Azərbaycan tarixi”ni, nə yazılır, heç bir şey. Gənclərimiz nə öyrənəcək? 

- Deyirsiz daxili eqoizm imkan vermədi, həm keçmişdə, həm də indi... 

- Bəli, elədir. Məsələn, o zamanlar Gəncə xanı vardı, indi isə onu əvəz edən Gəncə icra başçısı - xanı var, Quba xanı var. İcra hakimiyyətininin başçısı elə xandır. Elə başçılar tanıyıram ki, deyir bu rayonların padşahı bizik. Elə başçılar var ki, biri o biri rayonunun başçısına salam vermir. Mənəm-mənəmlikdir. Keçmişdə də elə olubdur, bu gün də belədir. 

- Yaxşı olmazdmı ki, imkanlı şəxlərimiz tarixi şəxsiyyətlərimiz haqqında filmlər çəkdirə, təbliğ edə. 

- Olmayacaq da. Onlar ölkədən kənarda malikanələr alırlar. Ancaq görək onların bircəciyinin qeyrəti çatırmı ki, bir şəhid ailəsinə kömək eləsin. Nazir, İcra başçısı Qarabağ döyüşçülərinə dəstək olmur. Onların içərisində tanıdıqlarım da var. Belə olan halda hansı ruhdan danışırıq. İndiki məmurlardan bunu gözləməyin özü bir dəlilikdir. 

- Görünən budur ki, keçmişdəki səhvlərimizdən nəticə çıxara bilmirik. 

- Çıxarmamışıq, çıxarmayacağıq da. Nə qədər ki, bizdə paxıllıq, mənəm-mənəmlik var, bu birlik olmayacaq. Bu gün yerindən durub, bir az pulu olan deyir ki, mən prezident olacağam. Azərbaycanın pulu hesabına gedib Amerikada tədbir keçirir, orada da deyir ki, mənim atamdan yaxşı prezident olar, kömək edin, prezident olsun. Deməkdən ki, İlham Əliyevdən yaxşı prezident yoxdur, deyir, kömək edin atam prezident olsun. Bunun adı nədir – mənəm-mənəmlik, eqoizmdir. 

- Mənəm-mənəmlikdən necə qurtula bilərik, çıxış yolu varmı? 

- Bunu Azərbaycanda demokratik proseslərin inkişafında görürəm. Özüm Qərb dövlətlərində çox olmuşam. Demokratik dövlətlərə nəzər salsaq görərik ki, onlarda bu mənəm-mənəmlik fikri yoxdur. Bax, bu xəstəlik aradan qalxsa, dövlət də inkişaf edər, xalqın da güzəranı yaxşılaşar. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam