Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Pegasus” Azərbaycana gəlir

 

Türkiyənin “Pegasus” aviaşirkəti (əsasən aşağı büdcəli sərnişindaşıma üzrə ixtisaslaşıb-red.) Azərbaycana reysləri həyata keçirmək üçün ölkədən icazə alıb.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə Trend-ə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, İstanbul-Qəbələ-İstanbul marşrutu üzrə aviareyslərin həyata keçirilməsi üçün razılıq verilib və “slotlar” təsdiq edilib: “Bu marşrut üzrə uçuşların başlama tarixi ilə bağlı qərar Türkiyə tərəfindən asılıdır. Türk aviadaşıyıcılarından birinin cari ilin qış mövsümündə Lənkəran şəhərinə aviareyslərin həyata keçirilməsinə başlayacağı istisna edilmir.

Müntəzəm reyslər iki ölkə arasında hökumətlərarası sazişlərlə təsdiq edilir. Azərbaycan və Türkiyə mülki aviasiya orqanları arasında müvafiq saziş 2014-cü ilin noyabrında imzalanıb və hazırda bu sazişin bütün şərtlərinə hər iki tərəfdən riayət olunur”.

Hazırda AZAL şirkəti Bakıya, Gəncəyə və Naxçıvana uçuşlar həyata keçirən “Türk Hava Yolları” ilə sıx əməkdaşlıq edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam