Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Generalın oğlunu kim buraxdırdı?

 

Tamerlan Əsədullayevin adam bıçaqladığına görə, 3 il şərti cəza almasının xahiş əsasında olduğu deyilir

"Xeberinfo.com":   Məlumata görə,   DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev dünən Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. 
Əsədullayevə 3 il şərti cəza təyin olunub və o, məhkəmə zalından azadlığa buraxılıb. 
Xatırladaq ki, T.Əsədullayev Bakının Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli yaxınlığındakı “Senator” restoranında dava-dalaş salmaqda və həmin insident zamanı bir nəfəri bıçaqlamaqda ittiham olunurdu. Həmin qanlı dava aprelin 10-da bir neçə nəfərin iştirakı ilə baş vermiş, bu zaman bir nəfər bıçaqlanmışdı. Davanın iştirakçılarından biri general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev idi. O, hadisə yerindən qaçıb gizlənmiş, dava ilə bağlı Yasamal Rayon Polis İdarəsi 26-cı polis bölməsində təhqiqat başlanmışdı.
Onu da bildirək ki, bu, general Əsədullayevin oğlunun adı qarışan ilk qalmaqal deyildi. Ötən ilin may ayında Bakıda Tamerlan Əsədullayev və dostları polisləri döydüyünüə görə gündəmə gəlmişdi. Belə ki, Bakıda, “Qış parkı”nın yaxınlığında gecə saat 04 radələrində növbə çəkən post patrul polisləri sərxoş vəziyyətdə olan T.Əsədullayevin bir qadını döydüyünü görərək onu saxlamağa cəhd etmişdilər. Lakin generalın oğlu onlara tabe olmamış, polisləri söymüş və onları vuraraq hadisə yerindən uzaqlaşmışdı. Daha sonra yenidən geri qayıdan Tamerlan Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir etmişdi.
Polislər isə hadisə yerinə Post Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalmış və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa 27-ci polis bölməsinə aparmışdılar.
Bölməyə çatan kimi qardaşına zəng edən Tamerlan Əsədullayev ondan kömək istəmiş və bir neçə dəqiqə sonra idmançılarla birgə polis idarəsinə gələn qardaşı polis əməkdaşlarını təhqir etməyə, döyməyə başlamışdı.
Mətbuat yazmışdı ki, bu zaman döyülən polislərdən biri ağır xəsarət alıb. Hadisə ilə bağlı araşdırma başladılsa da iki gün sonra dayandırılıb.
Jam.az-ın əldə etdiyi məlumata görə, Tamerlan Əsədullayevin azadlığa çıxmasında elə atası yanaşı, Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadənin də rolu olub. Belə ki, Paşazadə bacısı oğlunun həbsdə qalmasına razı olmayaraq, bununla bağlı müvafiq orqanlardan xahiş edib və təbii ki, onun sözünü yerə salmayıblar. 
Bir başqa məlumata görə, general Əsədullayev də oğlunun azad olunması üçün lazımi adamlardan xahiş edib. Amma onun 4 ay həbsdə saxlanılması üçün xahişini də özü edibmiş. İddialara görə, general Əsədullayev bu addımı ona görə atıb ki, özünü sığortalaya bilsin. Çünki bu olaya qədər generalın başqa məsələlərlə də bağlı ciddi problemi var idi və onların həll edilməsi üçün çalışırdı. 
Qarşı tərəfi də dinləməyə hazırıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam