Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Şadlıq sarayındakı kütləvi zəhərlənmə ilə bağlı rəsmi açıqlama

 

Xəstələrdən 75-i evlərinə buraxılıb, hazırda xəstəxanada yalnız 2 uşaq qalır.
"Xeberinfo.com":   Bir neçə gün əvvəl Bakıda fəaliyyət göstərən “Zəngəzur” şadlıq evində kütləvi şəkildə zəhərlənərək Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdirilən xəstələrdən 75-i evlərinə buraxılıb.
 Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumata görə, hazırda xəstəxanada yalnız 2 uşaq qalır. Onların isə vəziyyəti stabilləşməyə doğru gedir və yaxın vaxtda hər iki uşaq evlərinə buraxılacaq.
Qeyd edək ki, avqustun 8-də Binəqədi rayonunda yerləşən “Zəngəzur” şadlıq sarayında keçirilən toy mərasimində 77 nəfər qidadan zəhərlənmişdi. Onlardan 15-i uşaq olub. Xəstələrdən laborator müayinə üçün qusuntu və yuyuntu materialları götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi “paytaxt salatı” ehtimal olunur.
Kütləvi zəhərlənmə ilə əlaqədar hadisənin baş verdiyi “Zəngəzur” şadlıq sarayı bağlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam