Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

“Bu, həkimlərin səhlənkarlığı, yaxud qeyri-peşəkarlığıdır”

 

“Əgər xəstə bir neçə nəfər tərəfindən döyülmə diaqnozu ilə xəstəxanaya gətirilibsə, onda heç bir ölüm təhlükəsinin olmadığı bildirilibsə və bir neçə saatdan sonra orqan zədələnməsi nəticəsində daxili qanaxmadan, nəfəs çatışmazlığından ölübsə, bu birmənalı şəkildə həkim səhlənkarlığının, qeyripeşəkarlığının nəticəsidi”.

"Xeberinfo.com":   Məlumata görə, bu sözləri AzNews.az-a avqustun 8-də jurnalist Əliyev Rasim Məmmədəli oğlunun vəfat etməsinə münasibət bildirən həkim radioloq, USM mütəxəssi Elnur Orucəliyev deyib.
Həkim bildirib ki, əgər xəstənin dalağında zədələnmə varsa, hətta normal USM mütəxəssisi onu mütləq görməliydi:“Xəstə əgər bir qrup şəxs tərəfindən döyülmə diaqnozu ilə xəstəxanaya müraciət edibsə, o ciddi şəkildə bütün müayinələrdən keçməlidir. Əgər xəstə sadəcə USM nəzarətindən keçibsə belə, mütləq onun daxili qanaxmasının olduğu, hansısa orqanının zədələnməsi bilinməldir. Hətta bilinməsə belə, bütün bu ehtimallara qarşı, xəstə hər saatdan bir təkrar-təkrar bu müayinə olunmalıdır. Əgər müayinələr heç bir orqan zədələnməsi, daxili qanaxma göstərmirsə və bir neçə saatdan sonra xəstənin vəziyyəti ağırlaşır, əməliyyat zamanı onun hansısa orqanının zədələndiyi, daxili qanaxmasının olduğu, ağ ciyəri zədələndiyi üçün nəfəs çatışmazlığı üzə çıxırsa, bu sadəcə həkimlərin, mütəxəssislərin ya qeyri-peşəkarlığıdır, ya da səhlənkarlığı. Buna başqa ad vermək mümkün deyil. Normalda bu problemlər öncədən aşkar olunsaydı, xəstənin həyatını xilas etmək mümkün olardı”.

Qeyd edək ki, jurnalist Rasim Əliyevi əməliyyat edən professor Saday Əliyev bildirmişdi ki, xəstə xəstəxanaya gətirilərkən döyüldüyünü deyib. Onun başına, qarnına, döş qəfəsinə, sinəsinə ağır zərbələr endirildiyi məlub olub. Klinikaya daxil olan kimi bütün, laborator, rentgen, ultrasəs müayinələrdən keçib. Həmin an üçün təcili əməliyyatlıq bir şey tapılmayıb. Bir müddət sonra isə xəstənin vəziyyəti ağırlaşıb və əməliyyat alınıb. Əməliyyat zamanı isə onun dalağının dağılması və mədəaltı vəzinin quyruğunun partlaması aşkar olub. Qarnında isə litr yarımdan çox qan aşkar edilib. Nəfəs çatışmazlığı problemi də ortaya çıxıb. Hər iki döş qəfəsinin sınması və ağciyərlərinin əzilməsi ilə əlaqədar döş qəfəsinin boşluğuna trubkalar salınıb və bu zaman bir tərəfdən 150 qram qan gəlib, digər tərəfdən isə hava. Bunun ardınca isə onda ağciyərlər və döş qəfəsinin zədələnib-əzilməsi səbəbindən oksigen çatışmazlığı baş verib. Sonda xəstənin tənəffüs funksiyası dayanıb və dünyasını dəyişib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam