Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Skype, Facebook və WhatsApp-ın lisenziyalaşdırılması ideyası əsassızdır"

 

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Skype, Facebook və WhatsApp xidmətlərinin lisenziyalaşdırılması barədə dünənki bəyanatı ekspert cəmiyyətində təəccüb doğurub.

"Xeberinfo.com":   Ə.Abbasov öz ideyasını onunla izah edib ki, Azərbaycanda bəzi xidmətlər lisenziyalaşdırılıb, odur ki, bunun  Skype, Facebook və WhatsApp xidmətlərinə də şamil edilməsi məqsədəuyğun olardı.
O həmçinin deyib ki, oktyabrda Azərbaycanda regionda Trier3 səviyyəsində ən iri DATA-mərkəz istismara veriləcək. Bu, regionda məlumatların hazırlanması üzrə ilk mərkəz olacaq, ondan başqa ölkələr də istifadə edə biləcəklər.
Media hüququ sahəsində ekspert Ələsgər Məmmədli nazirin bu fikirlərini Turan-a şərh edərkən deyib ki, Ə.Abbasovun sadaladığı resurslar İnternet vasitəsilə fəaliyyət göstərir. Azərbaycanda bu sahə lisenziyalaşdırılmır.
“Onlar Azərbaycanda hər hansı resursdan və tezlikdən istifadə etmirlər, İnternet vasitəsilə fəaliyyət göstərirlər. Sənə məxsus olmayanı lisenziyalaşdırmaq olmaz. Bu şirkətlər xaricdə yerləşir və İnternetdə fəaliyyət göstərirlər. Onlar deyə bilərlər ki, əgər istəmirsinizsə bizim xidmətlərdən istifadə etməyin. Lakin bu xidmətlərin dayandırılması vətəndaşlar arasında informasiya mübadiləsinə zərbədir, İnternet azadlığının pozulmasıdır və ölkənin imicinə ciddi zərər vuracaq”, - Ə.Məmmədli bildirib.
Eyni zamanda ekspert beynəlxalq hüquq normaları çərçivəsində tərəflər arasında qarşılıqlı öhdəliklərlə bağlı  müqavilələrin bağlanmasını mümkün hesab edir.
Məsələn, Azərbaycan hökuməti terrorizmə qarşı mübarizə məqsədilə sosial şəbəkələrdə profillərin bloklanması haqda Azərbaycan məhkəmələrinin qərarlarının yerinə yetirilməsini şirkətlərə təklif edə bilər. Lakin bu qərarları məhkəmələr qəbul etməlidir və beynəlxalq hüquqa uyğun olmalıdır, informasiya azadlığının məhdudlaşdırılması xarakteri daşımamalıdır.
Bəzi ölkələr, məsələn, Türkiyə sosial şəbəkələrə girişə müvəqqəti məhdudiyyət qoyub, lakin onları lisenziyalaşdırmayıb. İnternetə məhdudiyyətlər yalnız ən avtoritar rejimlərdə - Şimali Koreya, Çin, həmçinin İranda mövcuddur, -Ə.Məmmədli qeyd edib.
İnternet Forumun rəhbəri Osman Gündüz ölkə qanunvericiliyində sosial medianın lisenziyalaşdırılması haqda tələblərin olmadığını deyib.
Qanunda lisenziyalaşdıırlmaya şamil edilən rabitə xidmətləri sadalanıb. Ə.Abbasovun sadaladığı resurslar bura aid deyil.
Beynəlxalq praktikada “sosial medianın lisenziyalaşdırılması” anlamı yoxdur. 
Eyni zamanda bəzi ölkələrdə, məsələn, RF, Türkiyə, Belarusda şəxsi informasiyanın, uşaqların müdafiəsi və s. məqsədlə İnternetdə müəyyən məhdudiyyətlər var.
Qanunsuz kontent və zərərli informasiya ilə mübarizə bütün İnternetin məhdudlaşdırılması, digər istifadəçilərin hüquqlarının pozulması hesabına həyata keçirilməməlidir. Çünki bu, informasiya azadlığını pozur, - O.Gündüz vurğulayıb.
O həmçinin diqqəti ona yönəldib ki, prezident İlham Əliyev hər zaman qeyd edir ki, Azərbaycanda  İnternet azaddır.
Digər tərəfdən, Facebook, Twitter, Skype  kimi şirkətlər böyük büdcəsi olan qurumlardır, onlarla əməkdaşlıq etmək daha yaxşıdır, nəinki münaqişə aparmaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam