Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

TQDK-dan 600-dən çox bal toplayan abituriyentlərə müraciət

 

Tələbə Qəbulu üzrə Dövlət Komisisyası (TQDK) 2015-ci ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarda 600 və daha çox bal toplamış abiturityentlərə müraciət edib.
"Xeberinfo.com":   TQDK-dan verilən məlumata görə, hər il “Abituriyent” jurnalının 11-ci sayını qəbul imtahanlarında 600 və daha çox bal toplamış abituriyentlərə həsr edir. Jurnalda prezident təqaüdçüləri haqqında məlumat, onların bitirdikləri məktəblər üzrə siyahısı, ən yüksək nəticə göstərmiş gənclərlə müsahibələr, hər bir yüksək nəticəli abituriyentin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi məktəb və s. haqqında məlumatlar təqdim olunur. Jurnalda həmçinin 600-dən yuxarı bal toplamış gənclərlə aparılmış anket sorğusunun nəticələri, onların arzu, rəy, təklif və gələcək abituriyentlərə tövsiyələrindən nümunələr dərc edilir.
Həmin gənclərin təbliği, təcrübələrinin öyrənilməsi, onların bu nailliyyətinin nümunə olaraq təqdim olunması ictimaiyyət tərəfindən maraqla qarşılanır. Bu amilləri nəzərə alaraq TQDK bu il də “Abituriyent” jurnalının ənənəvi 11-ci sayında yüksək bal toplamış abituriyentlərdən bəhs edəcəkdir. Bu məqsədlə cari ildə 600 və daha çox bal toplayan abituriyentlərdən xahiş olunur ki, http://abiturient.az/600bal/ linkində təqdim olunmuş anket sorğusunu doldursunlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam