Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

1720 uşaq vaxtından əvvəl I sinfə qəbul olunub

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumtəhsil müəssisələrinə xüsusi istedada malik 1720 uşağın vaxtından əvvəl I sinfə qəbul olunmasına razılıq verib.

 

"Xeberinfo.com":  Məlumata görə, idarənin İctimaiyyətə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva Trend-ə bildirib ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, 6 yaşı bu il sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadlı uşaqların I sinfə qəbulu üçün qeydiyyat iyulun 31-də, müsahibələr üçün avqustun 4-də yekunlaşıb.

İdarə səlahiyyətlisi deyib ki, indiyədək müsahibədə iştirak etmək məqsədilə sorğu verən 3824 nəfərin 1720-si müsahibə mərhələsindən keçib. Müsahibədə iştirak edən 1287 nəfər isə müsahibədən keçməyib. Qeydiyyatdan keçən 63 nəfər isə müsahibədə iştirak etməyib.

A.Tairqulliyevanın sözlərinə görə, vaxtından əvvəl I sinfə qəbul olmaq üçün uşaqların buna həm əqli, həm fiziki, həm də psixoloji hazırlığı olmalıdır. Bu üç keyfiyyəti özündə çəmləyə bilməyən uşaqlar müvafiq komissiyalar tərəfindən keçirilən müsahibədən uğurla keçə bilməyiblər.

İdarə rəsmisi əlavə edib ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, bir sıra məktəblərdə fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarını bitirmiş 750 uşaq sertifikat əldə edərək müsabiqədənkənar I sinfə qəbul üçün müraciət edib. Müsahibədən keçənlər avqustun 15-dən sonra sənədlərini məktəblərə təqdim etməlidirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam