Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ABŞ və Türkiyənin İŞİD-ə dəstək üçün yeni planları

 

Avqustun 3-də Suriya münaqişəsində qüvvələr nisbətini kəskin şəkildə islamçıların xeyrinə dəyişdirəcək iki taleyüklü qərar verildi

"Xeberinfo.com":   Hər iki qərarın arxasında ABŞ və Türkiyə dayanır.
Əvvəla, həmin gün ABŞ mətbuatı türklərlə amerikalıların Suriyada “təhlükəsizlik zonası” yaratmağı planlaşdırdığını açıqladı. “The Wall Street Journal”ın yazdığına görə, bu zona Suriyanın şimalında yaradılacaq və “kürdlər bu sərhədyanı zonadan kənarda saxlanılacaq”.
Həmin zona Hələb vilayətinin şimalında formalaşdırılacaq və Türkiyə iqtidarının anonsunu verdiyi həmin zolaq uzunluğu 90 kilometr, eni isə 50 kilometr olmaqla hazırda İŞİD-in nəzarətində olaqn əraziləri özündə cəmləyəcək.
Göründüyü kimi, buradan məqsəd hazırda Suriyada İŞİD-ə qarşı qətiyyətli və uğurlu müqavimət göstərən yeganə qüvvə olan kürdlərə qarşı yönəlib. ABŞ jrnalisti Vebster Terpli öz bloqunda “tampon zona” kimi məhz həmin rayonların seçilməsinin qətiyyən təsadüfi olmadığını yazır.
Onun sözlərinə görə, kürdlər Fərat çayını keçərək Hələb vilayətinin şimal hissəsini islamçılardan azad etməyə hazırlaşırlar və onlar bunu bacarmaq gücündədirlər. Nəticədə Kobani və Afrin bölgələri birləşdirilmiş olacaq. İndi isə türklər və amerikalılar onlara bu imkanı verməyəcək, bununla da İŞİD-in həmin ərazilərdə qalmasını təmin edəcəklər.
Növbəti absurd vəziyyət yaranır: İŞİD-ə qarşı savaşdıqlarını elan edən ABŞ və Türkiyə əslində islamçıların güclənməsində və əllərində tutduqları əraziləri itirməməsində maraqlıdırlar. Əgər kürdlər Hələb vilayətinin şimalını başkəsənlərdən təmizləsələr, nəticədə İŞİD-in Türkiyə ilə əlaqəsi kəsiləcək. Bu isə islamçıların silahsız, ərzaq və dərmansız, canlı qüvvə ilə təminatsız və logistik dəstəksiz qalması deməkdir.
Türkiyə isə öz növbəsində, İŞİD-dən aldığı neftdən məhrum olacaq. “Təhlükəsizlik zonası”nı yaratmaq isə ona görə gərəkdir ki, Türkiyənin İŞİD-ə dəstəyini davam etdirmək mümkün olsun.
Hazırda Hələb vilayətinin şimalında İŞİD yaraqlılarını Türkiyə tərəfindən bütün zəruri yardımla təmin etmək üçün sonuncu yol qalıb. Əgər bu yol kürdlərin əlinə keçərsə, “xilafət”in vəziyyəti kəskin pisləşəcək, bu günlərdə Hasekeni islamçılardan tamamilə təmizləməyə nail olmuş kürdlər və Əsəd ordusunun hissələri isə cənuba - Rakkaya doğru irəliləyərək “xilafətin paytaxtı”nı süquta yetirəcək.
Tarplinin fikrincə, məhz buna mane olmaq üçün ABŞ və Türkiyə terrorçular üçün Suriyanın şimalında “tampon bölgə” yaradırlar.
Vaşinqtonun bəyanatına görə, Türkiyə-Suriya sərhədinin bir hissəsi “dinc əhali üçün sığınacaq” olacaq, halbuki əslində bu, İŞİD-in logistikasını təhlükəsiz saxlamaq üçün təşkil edilir.
Tarixçi və jurnalist Tarpli öz bloqunda ABŞ-ın İŞİD-in yaradılmasında və fəaliyyətində iştirakına dair çoxsaylı sübutarı sadalayaraq İŞİD-ə  qarşı Amerika koalisiyasının komandanlığını birbaşa “terrorçuların çarı” adlandırır.
Bir sözlə, bu gün islamçılar istər Suriyada, istərsə də İraqda meydan sulayırsa, onlara bu imkanı yaradan da elə koalisiya qüvvələri və onun arxasında dayanan dövlətlərdir.
Son həftələr ərzində kürdlərin Hasekedə, Tel-Abyadda və Ayn-İsada qazandıqları qələbələrə son qoymaq və islamçıları yenidən gücləndirmək üçün “Təhlükəsizlik zonası” ideyası ən işlək ideyadır.
***
İkinci qərarı  ABŞ prezidenti Barak Obama səsləndirdi: ABŞ aviasiyası bundan sonra Suriya ərazisindəki “mötədil müxalifət”ə digər qüvvələrlə mübarizədə tam aviasiya dəstəyi verəcək. Əslində bu, vaxtilə Liviyada reallaşdırılmış və Qəzzafinin çöküşünü təmin etmiş “uçuşsuz zona” ideyasının yenidən dirçəldilməsidir. 2 il əvvəl Vaşinqton eyni ideyanı reallaşdırmaq istəmişdi, səbəb kimi də Əsədin kimyəvi silaha malik olmasını göstərmişdi. O vaxt işə Rusiya qarışdı, Əsəd bütün kimyəvi silah arsenalını təhvil verdi, Vaşinqton da “uçuşsuz zona” ideyasından əl götürdüyünü elan etdi. Ancaq indi bəlli olur ki, ABŞ aldadırmış.
Əlbəttə, amerikanlar indi də Suriya səmasında uçurlar və bəzilərinə görə, Obamanın yeni bəyanatı daha çox siyasi xarakter daşıyır. Ancaq heç də bu cür deyil.
Hazırda Suriya səmasında vəziyyət bu cürdür: Əsəd təyyarələri şimal ərazilərində nadir halda peyda olurlar, həmin ərazilərdə “koalisiya” qırıcıları mütləq-hakimdir.
Obamanın bəyanatı həm də siyasi xarakter daşımaqla əslində müharibədə yeni mərhələnin başlamasından xəbər verir. Çünki bundan sonra ABŞ aviasiyası Türkiyə ərazisində hazırlanan “mötədil müxalifət”ə müqavimət göstərən istənilən qüvvəyə qarşı yönləndirəcək.
Yəni söhbət təkcə və heç də İŞİD-dən getmir. Və ilk növbədə Əsəd ordusundan və kürdlərdən gedir.
Suruçdakı terror aktından sonra Ərdoğan İŞİD mövqelərindən daha çox kürdləri (üstəlik həm Suriyada, həm də İraqda) bombaladı. Eyni məntiqlə ABŞ aviasiyası da Türkiyədə hazırladığı yaraqlılara qarşı savaşan hökumət qoşunlarını ilk növbədə hədəf seçəcək. Yəni suveren dövlətin qanuni hərbi hissələrini hədəf alacaq.
Obamanın bəyanatının məhz indi açıqlanmasının da öz bəhanələri var. Amerikanlar “30-cu briqada” adlandırdıqları “müxalifətçilər”i Türkiyədən Suriyaya yeridən kimi onların “Nüsrə Cəbhəsi” ilə ilk toqquşması rejissorlar üçün fəlakətlə nəticələndi: “briqadaçılar”ın əksər hissəsi öldürüldü, qalanlar isə “Nüsrə Cəbhəsi”nin tərəfinə keçdi.
Oxşar vəziyyət daha əvvəl də təkrarlanmışdı: “Azad Suriya Ordusu”nun silahlılarının bir hissəsi kürdlərin, bir hissəsi Əsədin, bir hissəsi isə İŞİD-in tərəfinə keçmişdi. Görünən odur ki, yüz milyonlarla vəsait qoyulan “mötədillər” ABŞ üçün vuruşmaq istəmirlər. Belə olanda yankilər çıxış yolunu “mötədillər”ə qarşı olan bütün qüvvələri bombalamaqda görür. Burada isə ilk növbədə Əsədin gücləri nəzərdə tutulur.
Beləliklə, Vaşinqton münaqişə üzərində nəzarətin yeni fazasını başladır. Bundan sonra hadisələr Vaşinqtonun ssenarisi ilə daha sürətlə baş verəcək.
Hamı görür ki, Vaşinqton da, Ankara da terrorçularla qətiyyən ciddi mübarizə aparmır, əslində öz geosiyasi məqsədlərinə nail olurlar. Vaşinqton Türkiyəyə “kürd problemi”nin həlli üçün kart-blanş verib, özləri isə İŞİD-ə qarşı mübarizə adı altında “Əsəd problemi”ni həll edir...
virtualaz.org

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam