Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

"Coca-Cola" qiymətləri qaldırır

 

“Azerbijan Coca-Cola Bottlers” (ACCB) istehsal etdiyi məhsulların daxili bazarda satış qiymətlərinin artırılması təklifi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqların Müdafiəsi Dövlət Xidmətinə müraciət edib.

 

"Xeberinfo.com":   Məlumata görə, ACCB-nin baş direktoru Cem Becelin “Report”a verdiyi məlumata əsasən, hazırda şirkətin bununla bağlı təklifləri Dövlət Xidməti tərəfindən araşdırılır, müvafiq hesablamalar aparılır. Prosesin yekununda məsələ ilə bağlı yekun qərar qəbul olunacaq. 


C.Becel qeyd edib ki, bu ilin fevral ayında Azərbaycanda aparılan milli valyutanın devalvasiyası şirkətin məcmu gəlirlərinə nənfi təsir göstərib.

"Şirkətin satışla ilə bağlı statistik göstəriciləri artıq Antiinhisar Xidmətinə təqdim olunub. Dövlət Xidməti hesablamalar apardıqdan sonra şirkətə dəyən zərərin həcmini və mümkün artımın nə qədər ola biləcəyini bildirəcək və qiymət artımının nə qədər olacağı onda müəyyənləşəcək”, - deyə ACCB-nin baş direktoru deyib.

Baş direktor bildirib ki, ölkədə milli valyutanın devalvasiyası prosesi davam edərsə, bu, gələcəkdə şirkətin gəlirlərinə daha böyük mənfi təsir göstərə bilər.

Azərbaycanda rəqib markaların “Coca-Cola”nın satışına təsirindən danışan C.Becel bu məsələlərin satışın həcminə heç bir təsir etmədiyini və şirkətin bazardakı liderliyi qoruduğunu bildirib: “Bazarın 60%-dən çoxunun əhatəsi bir markanın əlindədirsə, digər markalarla rəqabətdə hələ narahat olmağa dəyməz”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam