Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Qarabağ əlilinin intiharına Səlim Müslümov səbəbkardır

 

 

 

                      Nazirliyin aparat rəhbəri: “...araşdırırıq”

 

      "xeberinfo.com": “Yevlaxda əlinin özünün yandırması məsələsi hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır “. Bunu açıqlamasında nazirliyin aparat rəhbəri bildirib.
    Onun sözlərinə görə, araşdırma nəticəsində həmin şəxsə sosial yardımın düşüb-düşməməsi də məlum olacaq: “Ola bilsin ki, həmin əlilə ümumiyyətlə, ünvanlı sosial yardım düşmür. Yaxud doğurdan da ona yardım düşür və kimsə ondan pul tələb edirsə, həmin şəxs cəzalandırılacaq”.
    Aparat rəhbərinin sözlərinə görə, indiyə qədər Yevlax Sosial Müdafiə Mərkəzindən ünvanlı sosial yardımla bağlı nazirliyə şikayət daxil olmayıb.
     Qeyd edək ki, Yevlax rayon sakini Nizami Kərimov Dövlət Sosial Müdafiə Fondunun Yevlax şöbəsində özünü yandırıb. Sosial yardım almaq üçün Fonda müraciət edən 3 uşaq atası Nizami Kərimova “6 ayın pulunu bizə ver deyiblər” və sosial yardım almasına əngəllər yaradıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam