Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

TOVUZLU OLİQARX ERMƏNİLƏRLƏ QUMAR BİZNESİ QURUR?

 

Gürcüstanın Batumi şəhərinin “Radisson Blu” otelində Acarıstan Muxtar Respublikasında oyun biznesinə investisiya qoyuluşlarına həsr edilmiş “Casino İnvestors Day” konfransı işə başlayıb.

"Xeberinfo.com":   Virtualaz.org saytı xəbər verir ki, konfransda Gürcüstan, Türkiyə, Ermənistan, Rusiya, Britaniya, Azərbaycan və Ukraynadan olan biznesmenlər iştirak edir.

İştirakçılar investisiya şirkətlərinin nümayəndələri, kazino operatorları, oyun avadanlıqlarının istehsalçıları və distributorları iştirak edirlər.

Bunlar “ADO-G Group”, “Metro Atlas”, “Rixos Tbilisi”, “Orbi Group”, “Gambee”, “PlayTech”, “BetConstruct” (Ermənistan), “EveryMatrix” (Ermənistan), “Trio Group”, “Rub90”, EGT, “AdjaraBet”, “Lider Bet”, “Casino İveria”, “Casino Peace”, “Leogrand”, “Storm İnternational B.V.”, “Casino Campione”, “Casinos Austria İnternational” və “UbGaming” şirkətləridir.

Konfransın birinci blokunda hakimiyyət nümayəndələri çıxış edib və oyun biznesinə dair hüquqi normalar, vergi tətbiqi, oyun turizminin inkişafı, Gürcüstanda bu sahəyə investisiya qoyuluşları barədə məlumat verilib. Daha sonra biznesmenlərin çıxışı başlayıb.

Konfransda Azərbaycandan iştirak edən “ADO-G Group” şirkəti qalmaqallı iş adamı, Tovuzun “Turan” futbol klubunun keçmiş sahibi Musa Süleymanova məxsusdur. Həmin Musa Süleymanova ki, o, Batumi şəhərində “kubik-rubik” formasında kazino-otel tikir.

Musa Süleymanov həmin oteli İsveçrənin “Swiss-Belhotel İnternational” otel brendi ilə françayzinq müqaviləsi əsasında tikir. Otel “Grand Swiss-Belhotel Batumi” adı altında fəaliyyət göstərəcək. Oteldə 1000 kvadratmetr sahəyə malik kazino, 300 kvadratmetrlik konfrans zalı, 4 kafe və restoran, o cümlədən otelin 30-cu mərtəbəsində yerləşən və Qara dəniz mənzərəli penthaus-restoran, SPA-mərkəz fəaliyyət göstərəcək.

Otelin açılışı 2016-cı ilə planlaşdırılır. Lakin Gürcüsan mətbuatı bir müddət əvvəl yazmışdı ki, azərbaycanlı investorun işləri yaxşı getmir və otelin tikintisi katlavan mərhələsindən o yana keçməyib.

“ADO-G” şirkətlər qrupu 1998-ci ildə Bakıda qeydiyyatdan keçib, şirkətin əsasını qoyan Musa Süleymanovdur. Şirkət Azərbaycanın neft-qaz sferasında logistika və podratçı xidmətlər göstərməklə məşğuldur. Biznesə SOCAR, “McDermot Caspian Construction”, “Nobel Oil”, “Salyan Oil”, “Gobustan Operating” və digər şirkətlərə neft avadanlıqlarının satışı ilə başlayıb.

M.Süleymanov tikinti biznesinə də girib, yollarn tikintisinə dair tenderləri qazanıb, yaşayış binalarının tikintisi ilə məşğul olur.

Bu günlərdə “Yeni Müsavat” qəzeti yazıb ki, oliqarxın Azərbaycan Beynəlxalq Bankına 100 milyon dollara yaxın kredit borcu var və Musa Süleymanov həmin borcları qaytara bilmədiyini görərək ölkəni tərk edib.

Xatırladaq ki, Tiflisdəki iri kazinolardan birinin operatoru olan “Storm İnternational B.V.” şirkətinin nümayəndəsi Lavrenti Qubin Gürcüstan kazinolarının əsas gəlir mənbəyinin Azərbaycandan olan müştərilər olduğunu deyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam